Aşıq Veysəlin həyatından film çəkilir

12 Baxış

1423047969asikveyselAşık Veysəlin həyatından danışılan “Uzun, incə yol” adlı filmin çəkilişlərinin 25 avqustda başlanması planlaşdırılır.

Veysəl Şatıroğlu və ya Aşık Veysəlin nəvəsi Yeliz Şatıroğlu bu filmdə öz nənəsi rolunda oynayacaq. Kənan İşığın rejissorluq etdiyi “Cimri” adlı tamaşa üçün səhnədə olan Aşıq Veysəlin nəvəsi aktrisa Yeliz Şatıroğlu babası haqqında düşünülən film proyekti üçün həyəcanlı olduğunu deyib.

Yeliz Şatıroğlu babasının həyatından danışan filmdə rol oynamaqdan çox məmnun olacağını bildirərək “Belə bir film proyekti var. Keçən il avqust ayında çəkilməsi planlaşdırılırdı, amma bəzi səbəblərdən bu proyekt bu ilin avqust ayına qədər təxirə salındı. Komanda və ssenari hazırdı.  Avqust ayını maraqla, həyəcanla gözləyirəm. Bu, avtobioqrafik olmaqdan əlavə həm də bir sevgi filmi olacaq. Filmin adının “Uzun incə yol” olması planlaşdırılır.

Film babamın məşhur olmasından əvvəlki həyatından danışır. 30-40 yaş arasında olan macəraları əsas mövzudur. Ssenarini ailədəki hamı bir-bir oxuyub bəyəndi. Ailəmizdə musiqi ilə məşğul olan çox adam var, amma teatr sahəsində bircə mənəm.  Tezliklə çəkilişlərin başlamasını istəyirəm” – deyib.

kult.az

Bölmə : Kino, Modern
KÖŞƏ YAZARLARI
TOP 10