At familyası – Anton Çexovun hekayəsi

28 Baxış

Без названия

Senet.az oxucularına Anton Çexovun “At familyası” hekayəsini təqdim edir. 

İstefaya çıxmış general-mayor Buldeyevin dişi ağrıyırdı. O, ağzını araq və konyakla yaxalayır, ağnyan dişinə müştük qın, tiryək, skipidar,
neft qoyur, üzünə yod sürtür, qulaqlarına spirtli pambıq tıxayırdı, lakin bunlann heç bir köməyi olmurdu. Həkim gəldi. Buldeyevin dişini qurdaladı, kinə yazdı, lakin bu da kömək etmədi. Ağrıyan dişin çıxarılması təklifinə də general razı olmadı. Evdəkilərin hamısı – generalın arvadı, uşaqlan, qulluqçusu, hətta aşpaz Petka da diş ağrısına qarşı öz təkliflərini söylədilər. Buldeyevin darğası İvan Yevseiç də onun yanına gəlib diş ağrısını ovsunla müalicə etməyi məsləhət gördü.

Dedi:
- Zati-aliləri, on il bundan əvvəl bizim qəzada Yakov Vasiliç adlı bir vergiyığan qulluq edirdi. Dişləri ovsunla sağaltmaqda o, çox mahirdi. Bir də görürdün ki, üzünü pəncərəyə tutub pıçıldayır, tüpürür, elə o dəqiqə də dişin ağrısı kəsilirdi. Ona belə bir vergi verilmişdi…
- O, indi haradadır?
- O, vergi idarəsindən çıxanldıqdan sonra Saratovda qayınanasının yanında yaşayır. İndi ancaq diş müalicə etməklə dolanır. Dişi ağrıyanların hamısı onun yanına gedir, köməyi də olur. Saratovlulan öz evində qəbul edir, başqa şəhərdə yaşayanları isə teleqrafla müalicə edir. Zati-aliləri, ona teleqram vurun… Yazın ki, bir Allah bəndəsinin dişləri ağnyır, müalicə etmənizi xahiş edirəm. Müalicə pulunu da poçtla göndərərsiniz.
- Bu, boş sözdür! Fırıldaqçıdır!
- Zati-aliləri, siz bir cəhd edin. Arağa çox hərisdir. Özü də arvadı ilə deyil, bir alman qadını ilə yaşayır. Söyüş söyəndi, amma məharətinə söz ola bilməz!
General arvadı dilləndi:
- Alyoşa, teleqram vur. Sən inanmırsan, amma mən bunu özümdə sınaqdan çıxarmışam. İnanmasan da, xəbər göndərməyə nə var ki! Bundan əl-ayağın qurumaz ki! Buldeyev onlarla razılaşdı:
- Yaxşı da, siz deyən olsun. Belə vəziyyətdə adam nəinki vergiyığana, hətta şeytanın özünə də teleqram göndərər… Uf, daha tab gətirə bilmirəm! Yaxşı, de görüm, sənin o vergiyığanın harada yaşayır?
Ona nə yazaq?
General stolun arxasında oturub qələmi əlinə aldı.

Darğa dedi:

- Saratovda onu it də tanıyır. Zati-aliləri, buyurub yazırsınız ki, Saratov şəhərində, deməli ki… hörmətli cənab Yakov Vasiliçə…
Vasiliçə…
- Sonra?
-Vasiliçə… Yakov Vasiliçə… Familiyası isə… Familiyasını unutmuşam!..
Vasiliçə… Zəhrimar… Onun familiyası necədir? Buraya gələnədək yadımda idi… İcazə verin…
İvan Yevseiç gözlərini tavana zilləyib fikirləşdi: onun dodaqları tərpənirdi. Buldeyevlə arvadı səbirsizliklə gözləyirdilər.
- Hə, nə oldu? Tez ol görək!
- Bu saat… Vasiliçə… Yakov Vasiliçə… Yadımdan çıxıb… Özü çox sadə familiyadır… Hə bil, at familiyasıdır. Madyanov? Yox, Madyanov deyil. Dayanın, dayanın… Yoxsa Ayğırovdur? Yox, Ayğırov da deyil. Onu bilirəm ki, ata məxsus bir şeydir, ancaq nədir, yadımdan çıxıb.
- Dayçazadə?
-Yox, yox! Dayanın, dayanın… Madyanlı. Madyanzadə.
Köpəyov…
- Bu daha at familiyası deyil, it familiyası oldu. Dayçayev!
-Yox, Dayçayev də deyil… Atov… Atlızadə… Dayçalı… Yox, bunlar da deyil!
- Yaxşı, bəs mən ona necə yazım? Sən bir fikirləş!
- Bu saat! Qulanov… Qulanlı… Qulanzadə…
Generalın arvadı soruşdu:
- Bəlkə, Yabızadədir?
- Yox, elə deyil! Alaşayev… Yox, bu da deyil! Yadımdan çıxıb!
General acıqlandı:
- Ay səni öküz vursun, yadından çıxıbsa, bəs nə üçün baş-beynimizi aparırsan? Rədd ol buradan!
İvan Yevseiç ağır-ağır otaqdan çıxdı. General isə əlləri ilə üzünü tutub otaqdan-otağa gəzişməyə başladı. O ah-vay eləyə-eləyə deyirdi:
- İlahi, bu, nə dərddir, mən düşdüm! Dünya gözümə dar olub!
Darğa bağa çıxdı və gözlərini göyə dikib vergiyığanın familiyasını fikirləşməyə başladı:
- Ayğırçıyev… Ayğırçızadə… Ayğırçılı… Yox, belə deyil.
Atçıyev… Atçızadə… Atçılı… Madyanzadə.
Bir az keçdikdən sonra onu generalın yanına çağırdılar.
- Yadına düşdümü?
- Zati-aliləri, heç cür yadıma sala bilməyirəm.
- Bəlkə, Attanovdur? Attanzadə? Hə? Elə deyil?
Evdəkilərin hamısı cürbəcür familiyalar icad etməyə başladılar. Atların yaşına və cinsinə aid hər cür familiya söylədilər, atın yalını, dırnağını, qoşqu ləvazimatını xatırladılar… Evdə, bağda, qulluqçu otağında və mətbəxdə adamlar o baş-bu başa gedərək, alınlarını ovuşdura-ovuşdura familiya axtarırdılar…
Darğanı tez-tez evə çağırırdılar:
- İbayev? İbaçızadə? İbaçıyev?
İvan Yevseiç:
- Yox, heç biri deyil, – deyərək cavab verir və gözünü yuxarı dikib fikirləşə-fikirləşə ucadan deyirdi:
- Alaşzadə… Alaşalı… Alaşalıyev…
- Ata! – deyə uşaq otağından çığırdılar, – Arabayev! Yüyənov…
Bütün malikanə bir-birinə dəymişdi. Əziyyət çəkən və daha
ağnya dözə bilməyən general vergiyığanın familiyasını tapan adama beş manat pul vəd etdi. Adamlar dəstə-dəstə İvan Yevseiçin dalınca gəzirdilər… Ona deyirdilər:
- Kəhərov! Kəhərzadə! Kəhərli!
Axşam oldu, ancaq familiyanı hələ də tapa bilməmişdilər. Beləliklə, teleqram göndərmədən yatdılar.
General bütün gecəni yata bilmədi, otaqda o baş-bu başa gəzişərək inildədi… Səhər saat üçdə evdən çıxıb darğanın pəncərəsini tıqqıldatdı və ağlar bir səslə soruşdu:
- Yortanov deyil ki?
- Xeyr, zati-aliləri, Yortanov deyil, – deyə İvan Yevseiç cavab verdi və bir günahkar adam kimi ah çəkdi.
- Bəlkə, at familiyası deyil, başqa bir familiyadır!
- Zati-aliləri, doğru sözümdür, at familiyasıdır. Burası lap yaxşı yadımdadır.
- Eh, qardaş, sən nə huşsuzsan! Bu familiya indi mənim üçün
dünyada hər şeydən əzizdir. Lap əldən düşmüşəm!
Səhər general yenə də həkimin dalınca adam göndərdi.
- Qoy gəlib çıxartsın! Daha dözə bilmirəm…
Həkim gəldi və ağrıyan dişi çıxartdı, elə o saat da ağrı kəsildi, general dincəldi. Həkim işini qurtanb, zəhmət haqqını aldıqdan sonra öz briçkasına minib yola düşdü. Darvazadan çıxanda İvan Yevseiçə rast gəldi…
Darğa yolun kənarında durub başını aşağı dikərək fikirləşirdi.
Onun alnında əmələ gələn qırışıqlardan və gözlərinin ifadəsindən məlum olurdu ki, çox bərk fikirləşir. Mızıldaya-mızıldaya deyirdi:
- Səməndov… Səməndzadə… Tapqırov… Tapqırzadə… Yəhərov…
Qayışov…
Həkim ondan soruşdu:
- İvan Yevseiç, əzizim, sizdən beş çətvər yulaf ala bilərəmmi?
Bizim kəndlilərdə yulaf var, amma çox pis yulafdır…
İvan Yevseiç küt bir nəzərlə həkimə baxdı, qəribə bir şəkildə gülümsədi və heç bir söz demədən əlini əlinə vuraraq malikanəyə tərəf yüyürdü; elə də sürətlə qaçırdı ki, sanki, onu quduz it qovurdu.
Özünü generalın kabinetinə soxub sevinə-sevinə və qəribə bir səslə çığırdı:
- Zati-aliləri, tapdım! Tapdım! Allah həkimə cansağlığı versin!
Yulafov! Vergiyığanın familiyası Yulafovdur! Yulafov, zati-aliləri!
Yula- fova teleqram göndərin!
General qəzəblə:
- Al, – dedi və hər iki əlinin baş barmağını barmaqlarının arasına keçirib ona göstərdi. – Daha sənin at familiyan mənə lazım deyil!

Al.

1885