“ATA” – Mustafa Taner

14 Baxış

ata

 

 

 

Ata..!

Sözü eşitcək boylanıram ətrafa. Düşünürəm, bəlkə bu yeddi ildə həsrətlə gözlədiyim sevimli, ən əziz, doğma səsdir?!

Bəlkə övladlarımdan inciməyim əbəsdir? Yeddi ildir gözlərim hey sizi aramaqda…

Yeddi ildir qulağım doğma səsə möhtacdır. Bir kəlmə “ata” sözü eşitmək üçün, bilin, qəlbim sizi istəyir, mübhəm hisslərçün acdır. Mən burdayam – həyatda! İşiniz belə çoxdur? Bir də ayılarsınız ata həyatda yoxdur.

Əmi də çox əzizdir, əmi də çox doğmadır. Atanızın bal ətri ancaq yoxdur heç kimdə. Ağrıyan qəlbinizə məlhəm olmaz əmi də. Balalarım! Məzarı üzərinə qoyulmuş çiçək belə atasızlıqdan sıxılar.

- Ata! –

Burdayam!

Nə vətənsiz, nə köçkün deyiləm, Övladlarım!

Atasızlığı sizə yaşadanlar indi xoşbəxtdirmi görəsən?!

Mən ATAYAM!

Və hər an sizinləyəm, Övladlarım!

 

10.10.2018

Mustafa Taner – Yazar Fəthiyə/Türkiyə

 

 

Bölmə : Bölməsiz