Ata ocağı – Cəvahir Əsədovanın şeirləri

94 Baxış

 

57ab5216-df89-44ff-8a3e-f2fc89064d4c

Senet.az oxucularına Cəvahir Əsədovanın “Ata ocağı” şeirini təqdim edir.

 

Ata ocağı

 

Məni yaratmağa qərarın verib,

Tanrının seçdiyi ata ocağım.

Ana bətnimdəki düzülüşümün

Anbaan şahidi, ata ocağım.

 

Taleyimi yazıb,canımı verən,

Ürək döyüntümü duyan dağlarım.

Hamıya sirr kimi olan bəxtimdən

Hər işdən agahdar, ata ocağım.

 

Bizim oralarda ulduzlar yaxın,

Necə aydın idi, necə bol idi.

Adıma seçdiyim parlaq ulduzu,

Şönməyə sən qoyma, ata ocağım.

 

Dadı damağımda pendir, lavaşın

Ətirli havanın iyi canımda.

Bahar həsrətinə dözməyib çıxan,

Bənövşən donmasın, ata ocağım.

 

Səmaya ucalan göydələnlərin,

Torpaq qoxusu yox, ot qoxusu yox.

Göylərlə daima gizli danışan,

Torpaqdan cücərən, ata ocağım.

 

Mənə saray olan kasıb komanı

İçinə sığmayan varlı dünyamı

Kiçik dünya bilib söz atanları,

Cahildi qınama, ata ocağım.

 

Sənin dağlarını, əzəmətini,

Alçaldıb heç edib, yox sayanları,

Arxanca lağ edib, qəlbin qıranın

Gözünə neştər ol, ata ocağım.

 

Kökümü torpaqdan üzüb məhv etmə,

Qarlı yollardakı izimi silmə,

Gizlənpaç oynarkən gördüyün yeri,

Gizli tut, bildirmə ata ocağım.

 

Qərib diyarlara yola salarkən ,

Əlimi mələklər əlinə verdin.

Qanadları üstə geri dönməmin

Onlardan sözün al, ata ocağım.

 

Yazılan yazıma şahid olsanda,

Yalvarıb,yaxarsam bir söz deməzsən.

Yuxuda ,agahda hərdən pıçılda:

“Burda bir qız vardı, bura o qızın

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10