Atasının Cəlil Məmmədquluzadəyə məktubu…

47 Baxış

images

Senet.az oxucularına Cəlil Məmmədquluzadənin atası Məşədi Məmmədqulunun (Məmmədqulu Məşədi Hüseynqulu oğlu) 1904-cü ilin martında oğluna yazdığı məktubu təqdim edir:

“Mirzə Cəlil, nuri-çeşmim, ümidim, yavərim, köməyim!

Nuri-çeşmim!

Bacın qara libası əyninə geysin. Gələn qurban bayramına kimi mərhum Nazlı xanıma təziyə hesabında biz təziyə tutduq. Və bu qərar ilə ilaxır çərşənbədə vilayət kiçik və büzürg öz evində geniş (yedilər) və plov bişirdilər. Nuri-çeşmim, şadyanalıq elədilər. Barı biz plov bişirmədik və geniş olmadıq. Nuri-didə, mən özüm naxoş oldum. Böyük çillədə 25 gün evdə yatdım. Xərcim olmadı, çox korluq oldu. Hacı Məhəmməd dayıoğlun özü 30 manat pul verdi. Allah ondan razı olsun, bizə çox köməyi oldu. İndi kefim çox yaxşıdır və alış-veriş yaxşı keçir.

Bir qədər mayam azdır və heç naxoşluq məndə qalmayıb.

…Nuri-didə, Allah səni qürbətdə səlamət eləsin və səni bizlərə çox görməsin. Və bir də yaz görək öz əhvalından. Tiflisdə həmişə qalmalısan, ya İrəvana qayıdacaqsan.

Məşədi Məmmədqulu.

Mart 1904-cü il

KÖŞƏ YAZARLARI
TOP 10