ATV-dən Azərbaycan incəsənətinə böyük dəstək – FOTOLAR

74 Baxış

20151012063400-1767-2Bu gün ATV-nin binasında “ATV Qalereya” adlı sərginin açılışı olub. Senet.az xəbər verir ki, sərgidə rəssam Etibar Aslanovun əsərləri geniş ictimaiyyətə təqdim edilib.

“Azərbaycan nefti: tarix və müasirlik” adlı tematik sərgidə əsərlərin əksəriyyəti kompüter qrafikası ilə hazırlanıb və Azərbaycanda neftçıxarmanın inkişaf tarixini əks etdirir.

Sərgidə ATV rəhbərliyi ilə yanaşı, tanınmış rəssamlar və incəsənət xadimləri də iştirak ediblər.

Rəssamın əsərləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ATV-də mütəmadi olaraq sərgilər keçiriləcək. Hər ay bir rəssamın əsərləri “ATV Qalereya”da sərgilənəcək.

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10