“ATV Kitab” layihəsi ilə “Hədəf” Şirkətlər Qrupu arasında memorandum

16 Baxış

 

IMG_4732

Bu gün «ATV Kitab» layihəsi ilə «Hədəf» Şirkətlər Qrupu arasında Əməkdaşlıq Memorandumu imzalandı.

Ölkəmizin mədəni həyatına intellektual-mədəni layihə kimi daxil olan ««ATV Kitab» layihəsinin nəşrlər artıq kitabsevərlərin kitab rəflərində öz güşəsini formalaşdrıb. İndiyə qədər «Parlaq imzalar» nəşriyyatı ilə fəaliyyəti müddətində layihədən 15 kitab nəşr olunub ki, onların da sırasında həm dünya xalqları ədəbiyyatından seçmə kitablar , eləcə də milli ədəbiyyat nümunələri var.

Bu gün isə «ATV Kitab» layihəsi «Hədəf» Şirkətlər Qrupu arasında Əməkdaşlıq daha bir Əməkdaşlıq Memorandumu imzalayıb. Memorandumu ATV Kitab layihəsinin rəhbəri Səlim Babullaoğlu və Hədəf» Şirkətlər Qrupu  baş direktoru, Şəmil Sadiq imzalayıblar. Səlim Babullaoğlu  əməkdaşımıza etdiyi  açıqlamasında bildirib ki,  ilyarım müddət ərzində fəaliyyət göstərən «ATV Kitab» layihəsi öz fəaliyyətini şaxələndirmək qərarı verib. Bu özünü həm nəşr ediləcək kitabların məzmununda, həm dizaynında, eləcə də onların təqdimatında da biruzə verəcək. «Hədəf» Nəşrlər Evi olduqca dəyərli, eyni zamanda güclü nəşriyyatdır, onlar bir çox sahələrdə peşəkar layihələr gerçəkləşdiriblər. Həm nəşr sahəsində, həm kitab yayımı sahəsində. Mən ümid edirəm ki, bizim əməkdaşlığımız qarşılıqlı faydalı olacaq.  Biz «Çağdaş nəsrin ustaları», «DƏB» (Dünya ədəbiyyatından books) və başqa kitab seriyalarını təsis etmək və nəşr etməyi düşünürük. Mən bizim əməkdaşlıq təklifimizi dəyərləndirdikləri üçün «Hədəf» Nəşrlər Evinə, hörmətli Şəmil Sadiqə təşəkkür edirəm.

Səlim Babullaoğlu onu da qeyd edib ki, bu bizim «Parlaq imzalar» nəşriyyatı ilə işimizə mane olmayacaq, onlar bizim dəyərli tərəfdaşlarımızdılar, əməkdaşlığımız yenə də uğurla davam edəcək.

«Hədəf» Şirkətlər Qrupu  baş direktoru, f.e.f.d. Şəmil Sadiq də düşünür ki, bu əməkdaşlıq, ciddi ortaqlıq ədəbi-mədəni mühitimiz üçün əhəmiyyətli iş olacaq, yeni ab-hava gətirəcək. Ədəbiyyatımız üçün, kitab mühitimiz üçün stimul olacaq: «Konkret kitab nəşrləri ilə yanaşı bir çox layihələr də düşünmüşük ki, ümid edirik «ATV Kitab» layihəsi ilə birlikdə biz onları reallaşdıra biləcəyik. ATV  öz ktab layihəsi ilə son illər ilk dəfə olaraq və çox gözəl bir mədəni presedent yaradıb. Mən buna görə ATV-nin prezidenti hörmtəli Vüqar Qaradağlıya təşəkkür edirəm. Və inanıram bu əməkdaşlıq uğurlu olacaq.

Artıq əməkdaşlı çərçivəsində «Çağdaş nəsrin ustaları» seriyasından iki kitabın üzərində nəşriyyat-redaksiya işləri başlayıb, yaxın günlərdə bu haqda ictimaiyyətə məlumat veriləcək.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10