“ATV Kitab” layihəsinə start verildi

60 Baxış

selimOktyabrın 17-dən etibarən “ATV kitab” seriyasına start verildi. Senet.az xəbər verir ki, layihə rəhbəri Səlim Babullaoğlu ilə “Parlaq imzalar” nəşriyyatının direktoru Nurman Tariq Əməkdaşlıq Memorandumu imzalanıb.

Memorandumun mətnində deyilir:““ATV Kitab” layihəsi “Parlaq İmzalar” nəşriyyatı ilə birlikdə həyata keçirilən intellektual-maarifçi layihədir, dünya xalqları ədəbiyyatlarının elə nümunələrinin tərcüməsini, nəşrini ehtiva edir ki, həmin əsərlər  oxucusunu insan kimi böyüdəcək, vətəndaş kimi məsuliyyətini daha da artıracaqdır. Layihə zamanı indiyədək Azərbaycan oxucusuna tanış olmayan, yaxud az tanış olan müəlliflərin əsərlərinə üstünlük veriləcək, başqa sözlə çağdaş ədəbi mühitdə, milli tərcümə sənətindəki mövcud boşluqlar dəyərli əsərlərin tərcüməsi, nəşri ilə əvəzlənəcəkdir.İnanırıq ki, layihə ölkəmzin mədəni mühiti üçün az da olsa yaddaqalan hadisəyə, töhfəyə çevriləcəkdir.”

Səlim Babullaoğlu layihənin uğurlu olacağına inandığını bildirib: “İnanıram ki, layihə hər baxımdan uğurlu olacaq, birgə nəşr edəcəyimiz kitablar öz oxucusuna çatacaq və onları sevindirəcək. Artıq konkret kitabların nəşriyyat prosesi də başlayıb. “Parlaq İmzalar” Nəşriyyatı kitabsevərlər və kitabçılar arasında öz dəsti-xətti ilə seçilən, ciddi, peşəkar bir nəşriyyatdır. Gənc, amma olduqca işlək, professional kollektivi var. Ən başlıcası isə indiyədək nəşr elədiyi kitabların seçiminə, öz nəşriyyat planına böyük həssaslıqla yanaşıb…”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10