“Avanqard” jurnalının yeni sayı artıq satışda

29 Baxış

avanqard“Avanqard” ədəbiyyat və mədəniyyət jurnalının ikinci sayı çap olunub. Senet.az xəbər verir ki, jurnalın bu nömrəsində Aslan Quliyevin “Vəhşi gözəl” romanı, Əlabbasın “Qonaq ehtiyatı”, hekayəsi, Sevinc Elsevərin, Esmira Məhiqızının şeirləri, Nizami Cəfərovun müsahibəsi, Asif Atanın “Bəşərin tarix qaralaması”, Aydın Dadaşovun “Ədəbiyyatdan kinoya”, Sənan Şəfizadənin Adil Mirseyidin avtoportreti haqqında, Elxan Yaqubovun Xocalı faciəsi haqqında məqalələri, Kənan Hacının Anarın povesti haqqında, Həmid Piriyevin Xanəmirin romanı haqqında tənqidi yazıları çap olunub.

Bununla yanaşı oxucular “Avanqard” jurnalının bu sayında  Ayişə Nəbinin tərcüməsində Tomas Eliotun şeir haqqında essesi, Ziyad Quluzadənən tərcüməsində Oğuz Atayın “Təhlükəli oyunlar”, Araz Gündüzün tərcüməsində Aleksandr Qrinin” “Oyuncaq” hekayələri, Ariz Tarverdiyevin tərcüməsində isə Kamran Rəsulzadənin şeirləri ilə də tanış ola biləcəklər.

Jurnalda həmçinin bugünkü ədəbi proseslə bağlı aparılan sorğu və “Tənqidçilərin seçdiyi və seçə bilmədiyi yazarlar” yazısı da dərc olunub. Jurnalın üz qabığında və arxasında Adil Mirseyidin çəkdiyi rəsmlər verilib.

Jurnalı Kitabevim.az mağazasından (Nəsimi r., Puşkin k., 32, AK center II mərtəbə (28 may metrosu) əldə etmək olar.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10