Avraam Linkolundan oğlunun müəlliminə məktub

19 Baxış

linkoln

Bu məktubun ABŞ Prezidenti Abraham Lincoln (1809 – 1865) tərəfindən oğlunun müəlliminə yazıldığı bildirilir. Məktubun orijinallığı təm təsdiqini tapmasa da, çox qiymətli tövsiyələr daşıdığından sizinlə paylaşmaq qərarına gəldik. Əslində bu məktub dünyadakı bütün müəllimlərə ünvanlanmışdır.

“Mənim oğlum bu gün məktəbə başlayır. Onun üçün bir müddət hər şey qəribə və yeni olacaq və mən sizdən onunla nəzakətlə davranmağınızı arzu edirəm. Bu, onu qitələri dolaşdıra biləcək və böyük ehtimalla müharibələri, kədəri və matəmi ehtiva edən bir macəra ola bilər. Belə həyatı yaşamaq üçün isə vəfa, sevgi və cəsarət tələb olunur.

Beləliklə, əziz müəllim, onun əlindən tutun və bilməli olduğu hər şeyi ona incəliklə öyrədin.

Mən başa düşürəm ki, o nə vaxtsa öyrənəcək ki, bütün insanlar ədalətli və səmimi deyil. Ancaq, onu öyrədin ki, hər alçağa qarşı bir qəhrəman və hər eqoist siyasətçiyə qarşı sadiq lider tapılar. Onu öyrədin ki, düşmən varsa, dost da tapılar.

Bilirəm ki, buna vaxt tələb olunacaq, ancaq, bacarırsınızsa öyrədin ki, qazanılmış 10 sent tapılan 1 dollardan daha qiymətlidir. Ona uduza bilməyi və qələbələrdən həzz almağı öyrədin. Bacarırsınızsa, onu göstərişli duyğulardan uzaq tutun və sakit gülüşün sirrini öyrədin.

Davakar və lovğalara qalib gəlməyin daha asan olduğunu ona uşaqlıq vaxtından öyrədin. Bacarırsınızsa, ona kitablarla maraqlanmağı öyrədin. Eyni zamanda ona əbədi sirlər – göydəki quşlar, günəş şüasında əks olunan arılar və yaşıl yamaclardakı çiçəklər barədə düşünməyə asudə vaxt verin.

Məktəbdə olduğu vaxt ona fırıldaqçılıqdansa, uğursuluğa düçar olmağın daha şərəfli olduğunu öyrədin.

Ona öz ideyalarına inanmağı öyrədin – hətta, hər kəs ona səhv etdiyini desə belə. Ona yumşaq insanlarla mülayim, qəddar insanlarla isə sərt olmağı öyrədin.

Bütün insanlar sürü hissinə qapılan zaman mənim oğluma kütlənin arxasınca getməmək əzmini verməyə çalışın.

Ona bütün insanları dinləməyi, lakin, dinlədiklərini həqiqət süzgəcindən keçirib, ən yaxşılarını seçməyi öyrədin.

Bacarsanız, ona kədərli olduğu zaman gülməyi öyrədin… Öyrədin ki, göz yaşlarında utanc yoxdur. Ədəbsiz insanları ələ salmağı və hədsiz şit olmaqdan çəkinməyi öyrədin.

Ona öz düşüncələrini və gücünü baha sata bilməyi, ancaq, heç vaxt qəlbi və ruhu ilə alver etməməyi öyrədin. Ona hay-küy salan kütləyə qulaq asmamağı və özünü haqlı sayarsa, qalxıb mübarizə aparmağı öyrədin.

Onunla yumşaq davranın, ancaq hədsiz zəriflikdən uzaq olsun. Çünki, ancaq odla sınaq poladı doğurar.

Onun barışmamazlıq cəsarətinə icazə verin… Ona cəsur olmağa icazə verin. Ona hər zaman özünə böyük inam bəsləməyə öyrədin. Çünki o, hər zaman insanlığa böyük inam bəsləyəcək.

Bu asan iş deyil. Ancaq, baxın nə edə bilərsiniz. Mənim balaca oğlum necə də yaxşıdır!”

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10