Avrasiya Yazarlar Birliyində görüş

3 Baxış

hg

Ankara səfəri çərçivəsində akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyini ziyarət edib. Xatırladaq ki, Avrasya Yazarlar Birliyinin nəşr etdiyi “Qardaş qələmlər” dərgisinin bir sayı tamamilə Nizami Gəncəviyə həsr olunub və bu buraxılış Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə hazırlanıb.

Senet.az xəbər verir ki, Avrasiya Yazarlar Birliyində keçirilən tədbirdə qurumun rəhbəri Yaqup Öməroğlu çıxış edərək qonaqları salamayıb və “Qardaş qələmlər”in Nizami Gəncəvi sayı ilə məlumat verib. Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli Avrasiya Yazarlar Birliyinin Türkiyədə və ümumilikdə Türk dünyasında ortaq ədəbiyyatımızın təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. Qurumun nəşri olan “Qardaş qələmlər” dərgisinin dünyanın bir çox ölkələrində ortaq mədəniyyətimizi təbliğ etdiyini vurğulayan akademik İsa Həbibbəyli Nizami Gəncəvi sayına görə dərginin heyətinə bir daha öz dərin minnətdarlığını bildirib. Akademik İsa Həbbəyli Nizami Gəncəvi Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdirməkdə olduğu 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin çap olunmuş 4 cildini, özünün müəllifi olduğu “Kitabi-Dədə Qorqud: yazılı epos və ya epopeya” monoqrafiyasını Yakub Ömeroğluna təqdim edib.

Tədbirdə Kastamonu Universitetinin ədəbiyyat bölümünün başqanı prof.dr. Orhan Söyləməz, AZƏRTAC-ın Türkiyə Bürosunun rəhbəri Sabir Şahtaxtlı, dos.dr. Mehman Həsənli və Avrasiya Yazarlar Birliyinin üzvü olan Türkiyənin tanınan yazarları çıxışlar edərək öz fikir və təəssüratlarını ifadə ediblər.

Tədbirdə həmçinin Ədəbiyat İnstitutunun elan etdiyi “Ədəbiyyat İnstitutunun fəxri dostu” mükafatı Yaqub Öməroğluna, “İlin alimi” mükafatı isə Orhan Söyləməzə təqdim edilib. Akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Ankara görüşləri məzmunu baxımından olduqca zəngin və əhəmiyyətli olmuşdur.

Bölmə : Ədəbiyyat