Avropa Birliyi elektron kitab satış saytı olan Amazon.com-a qarşı təhqiqataa başlayıb.
Komissiyadan verilən məlumata görə, Amazon-un nəşriyyatlarla imzaladığı müqavilələrin elektron kitab sektorunda rəqabət qaydalarını pozub-pozmadığı araşdırılacaq.
Avropa Birliyi Komissiyasının üzvü Marqret Vestager mətbuata açıqlamasında niyyətlərinin heç də Amazon-a ziyan vurmaq olmadığını, sadəcə olaraq digər elektron kitab ticarəti ilə məşğul olan saytlara qarşı haqlı rəqabət aparlıb-aparılmadığını yoxladıqlarını bildirib. O, əsas məqsədlərinin alıcıların hüquqlarının qorunmaq olduğunu deyib.