Avropanın mərkəzində – Turan yaranır

31 Baxış

macarıstan TuranAriz Tarverdiyev

Avropanın mərkəzində – Turan yaranır

“Sizlərsiniz, ey qövmü-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşeyi Turan”.

Yəni, sizlərsiz ey Macar xalqı bizə qardaş. Əcdadlarımız eynidir, mənşəyimiz Turandır. Dahi mütəfəkkirimiz Əli bəy Hüseynzadənin bu fikirləri 99 il sonra yenə öz təsdiqini tapdıƏli bəy Hüseynzadə bu şeiri 1917-ci ildə Macarstanda nəşr edilən “Turan” jurnalında çap etdirib. Şeir macar türkoloqu Arminius Vamberiyə ithaf edilib. Atv-nin “Həftə sonu” proqramında təqdim edilən araşdırmada göstərilir ki, ötən həftə Avropa Şurası Parlament assamblyeasının qış sessiyasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərdən biri yenə də macarıstanlı parlamentarilər oldu. “Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyası”nın sədr müavini Marton Döndöşi ermənilərin Dağlıq Qarabağda işğalçılıq siyasətindən, dinc əhaliyə qarşı vəhşiliklərdən danışdı və avropalıları  Azərbaycanın 30 minə yaxın vətəndaşını itirdiyini, 100 min insanın yaralandığını və 1 milyona yaxın yerli sakinin qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu görməməkdə və görməzdən gəlməkdə suçladı. O,  AŞPA-nın münaqişəyə müdaxiləsini məqsədəuyğun saymayan həmkarlarını qınadı. Bu parlamentarini əksəriyyətimiz tanımırıq. Bəlkə də qətnamənin qəbul edilməməsində buraxdığınız səhvlərdən də biri budur. Kimin yanımızda, kimin qarşımızda olduğunu bilmək üçün bu son dərəcə vacidbi. Əgər biz də bu insanları tanıyıb, mənsub olduqları partiyanın fəaliyyətilə tanış olsaydıq, inanın biz də Əli bəy Hüseynzadə kimi onlara şeirlər yazar, hətta nəğmələr qoşardıq. Axı biz elə ən yaxşı bunu bacarırıq.

Yobbik - Daha Yaxşı Macarıstan Uğrunda partiyası, milliyətçi, vətənpərvər, və Turançı ideologiyasına sahib bir siyasi partiyadır. Partiya 2002-ci ildə “Sağçı Gənclik Cəmiyyəti” adı altında Katolik ve Protestan Macar tələbələr tərəfindən qurulub. 1 il sonra isə siyasi partiyaya çevrilib. Partiya 2010-cu ildə Macarıstanda keçirilən seçkilərdə  16.67 faiz səs toplayaraq ölkənin 3 ən böyük partiyasından birinə çevrilib. Yobbik Partiyası öz siyasi gedişləriylə ermənilərin qorxulu röyasına çevrilib. Hələ 2011-ci ilin aprel ayında Ermənilərin Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini tanıyan qətnamə və qərar layihələrini təsdiq etməsi nəinki erməniləri, hətta bütün dünyada şok effekti yaratdı. Ermənistan hökümət səviyyəsində təzyiq göstərərək, hətta bu ölkəylə diplomatik münasibətləri sual altına düşə biləcəyi ilə hədələdi. Yobbik Partiyasının üzvləri Azərbaycan həqiqətlərini nəinki öz ölkələrin hətta bütün beynəlxalq tribunalarda yeri gəldi, gəlmədi səsləndirirlər. Hətta Partiyanın sədri Qabor Vona iqtidara gələcəkləri təqdirdə Xocalı Soyqırımını rəsmi şəkildə tanıyacaqlarını söyləyib. Bayraqlarındakı ayparanın türklüyü simvolizə edən və bütün dünyada vətənini sevən gənclərdən ibarət partiya kimi tanınan  Yobbik partiyasının günü gündən genişlənən millətçi-türkçü partiya olmasından tədirgin olan bəzi Qərb dövlətləri partiya üzvlərinin mitinqlərdə bozqurd işarəsini tutmalarını və qollarına bağladıqları lenti əsas gətirərək onları faşistlər kimi qələmə verməyə çalışırlar. Bu cür tənqidlərə partiya “biz hətta sağçı partiya belə deyilik. Biz sadəcə vərənsevərlərik”, deyə cavab verir. Partiyaya rəhbərlik edən Gabor Vona 1978-ci ildə dünyaya gəlib. Partiyanın həmtəsisçiləri olan Vona 2006-cı ildə partiya sədri seçilib. Rəhbərlik etdiyi partiya 2010-cu ildə Macarıstan Məclisində 47 yerə sahib olub. 6 aprel 2014-cü il seçkilərində isə partiyasının səsvermə faizini 20, 54 faziə çatdırıb.

5 ildən çoxdur ki, Avropada dünya türkləri bir yerə yığışıb birlik və bərabərliklərini qeyd edirlər. Macarıstanın Buğrac qəsəbəsində ənəvi Turan Qurultayı keçilir. Qurultay iki ildən bir dünya türkləri, bir ildən bir isə Macarıstan türkləri üçün keçirilir. Bu qurultay Andraş Zsolt Biro adlı macar antropoloq və bioloqun  Qazaxıstan səyahəti zamanı ideya olaraq ortaya çıxıb. Alim 2006-cı ildə Qazaxıstanda olarkən genetik nümunələr toplayaraq analiz aparıb. O, Qazaxıstan ərazisində yaşayan Madyar qəbiləsi və Karpat hövzəsi macarları arasında sadəcə, ad bənzərliyi olmadığını, eynı zamanda genetik əlaqələrin da olduğunu sübuta yetirib. Araşdırmanın nəticələri dünyanın ən önəmli elmi jurnallarında yayımlanıb və araşdırma digər xalqların da diqqətini çəkərək, araşdırma qrupuna da büyük bir şöhrət qazandırıb.

Qurultayda dünaynın 27 ölkəsində yaşayan türk xalqları iştirak edir. Əslində, qurutlay adı verilən bu mərasim bir Turan festivalıdır. Bura festivala gələnlər sadəcə könüllülərdir, Festivalda heç bir zaman tanışlıqları olmayan insanların bir-birini bağrına basaraq “Qardaş”, Qardas”, “Turan”, “Turkiş”, “Toros” kimi müxtəlif cür səslənən eyni ifadələrli səsləndirirlər.

300 min insanı bağrına basan böyük festivalda at yarışları, ox atmalar, güləşlər, qılınc yarışmalarının və Şaman ayinləri, çovkən oyunu əsl bayram ruhunda təşkil edilir. Haqqında danışdığımız Yobbik partiyası isə bu qurultayın əsas təşkilatçısıdır.

Anaya “ana”, ataya “ata”, kiçiyə “kiki”, baltaya” balta”, saça “saç” deyə səslənən ortaq dil, ortaq ruh bizi Macarlarla birləşdirir. Bizi birləşdirən həm də köklərimizdir.

Sizlərsiniz, ey qövmü-macar, bizlərə ixvan,

Əcdadımızın müştərəkən mənşeyi Turan.

Bir dindəyiz biz, hepimiz haqpərəstan,

Mümkünmü ayırsın bizi İncil ilə Quran…