Xanəmir Telmanoğlu
ya su niyə də
ey dili qafil fil faili məchul fani f…
Yaxşı sən deyən olsun axı bu ortamı
Uzaq başı bir dildə yar sözü ilə ovsunlarıq
Sonra da bozkırlarda yovşanlamış çadırların hikkəsi soyuyub
Uzaq başı tibetdə azdırılmış fərasətimizdir derik
Beləcə özünə quş bular qəblimdə fərəh tutan üqbanın səfaları
Dişləri dişlərinə dəydikcə xülyaları
Artarmış savaş öncəsi assuriyalıların
Mənə nə fürsəti faizsiz qaçıran o kapitalist cadugərdən mənə nə
Qalxıb təyyarəsini göydən oğurladığı yola süzəcək
İçimdə gizlənib gizildəyən mərasim həvarisinə süvar olub
Qəflə-qatırını ərəbin səhrasına düzən
Haydutu seyr eləməkmi peşəm
Tələsmə qırışlarım bəlkə axirət xətləridir
Aax ax kirpiklənən gözlər qayçılı bələk
Haçalanan barmaqlar nəfəslənən burunlar
Haqq mənim haramın əndazəsidi ya su niyə də köpüklənməlidi
Yolun başında bir quşun uçuşu hansı işarəni yenilər fürsət bəllər
Sərmayəsi birikdcə göygöz kosanın
Xisləti köpəkləşər hürüşüylə hürləşər
az qalıram üşüyəm
ey dili qafil fil faili məchul fani f…
Titrəyən ayaqlarıyla torpağı qədəmləyən
Canında həvarilər ya da dərvişlər gizləyən
Ax bir bilsən mən səndən mən səndən nə dəmliyəm
Niyə dincəltməz məni ayağımı suyu ilə boğan ləyən
Ayaqqabısı sevincli papağı qəmli
Canında hava inlər bu qəliz işdir bəyim
Üz-gözündə hələ də yazısı bitməyən əliqələmli
Mən nə edirəm ki sənin xəttini bəyənirəm
Ağ-qara qapısı ünlü dünyanın qılığı kəndir
Cahangirin babası dindar
Cahangirin başı qarlı az qalıram üşüyəm donam
Ha yaşa ha sev ömrünün qalığı kəmdir
O sarıdan ehsanlığa getmir
Qobustan qayasındakı danam