“Ay qar olub yağır” – ŞEİR

141 Baxış
taleheminÜç gecədi ay görünmür.
Buludlar tutub önünü,
bəlkədə gizlənib buludların arxasında.
Onu görməyə çox ehtiyacım var.
Şəhadət gətirən biri kimi
olum-ölüm arasında.
Bu gecədə yoxdu ay
əvəzində qar yağır bəyaz-bəyaz.
Qorxuram bu qar yox, ay ola
parçalanıb səpələnə yerüzünə
biraz-biraz.
Uşaqlar “qar adam” yox,
“ay adam” düzəldələr.
Hamı bir an uşaqlaşa,
ay üstündə sürüşələr.
Ay islada torpaq üstə dirimizi,
torpaq altda ölümüzü.
Ağ yağsada bükə qara əskiyə,
bükə rəngsiz günümüzü.
Yolumuzu ay kəsə,
Evimizi ay yıxa.
Bu gecə ölsəm əladı,
səhərdə dəfn edərlər üstümə
ay yağa-yağa.
Taleh Eminoğlu

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10