Ayaz Arabaçı:  “Həsrətin içində günəş daha gözəl gülümsəyir”

201 Baxış

ayazarabaciSenet.az dərgisi tanınmış şair Ayaz Arabaçı ilə müsahibəni təqdim eir.

 

-Ayaz Arabaçı əsas ilhamını nədən, kimdən alır?

-Pafoslu çıxmasın içimdəki təlatümdən fırtınadan, bir də narahatçılıqdan.

-O narahatçılıqlar hansılardır?

-Əlimiz çatmayan uzaqlıqlardakı ocağı sönmüş yurdlar, yerində olmayan lüzumsuz təmtəraqlar, cəhalətin tüğyanı, bir də sirli və əsrarəngiz duyğular.

- Sizin şeirlərinizdə insanları o yurdalra qayıdışa səsləniş nə dərəcədə əks olunub. Örnək verə bilərsinizmi?

-Bir də alışacaq sönən ocaqlar,

Şuşaya ağ üzlə salam olacaq..

Zəfər bayrağını dalğalandıran,

Ya sənin,ya mənim balam olacaq.

-Şair, məhəbbət uğurlu olanda daha təsirli şeir alınır yoxsa uğursuz olanda?

-Təbii ki, uğursuz. Uğurlular başını salıb sakitcə ömr eləyir, uğursuzlardı dad çəkib aləmi göz yaşında boğanlar, xüsusilə şairin məhəbbəti uğursuz olubsa daha təsirli olur. Həsrətin içində günəş daha gözəl gülümsəyir.

-Deyirlər ki, ilk məhəbbətin oxu daşa dəyən də o çoxlu xırda kiçik sevdalara parçalanır. Şairin ilk məhəbbəti daşa dəyibmi?

-Məncə ilk məhəbbətin oxu həmişə daşa dəyir,istisnalar da ola bilir. Bəlkə də bu bizim sonralar daha mükəmməl ox ata bilməyimiz üçün zəmin hazırlayır.O ki, qaldı kiçik sevdalara parçalanmağına,  o daş bütöv obraz kimi qaldı…

-Son sözünüzün, şeirinizin nə haqda olmağını istərdiz? Ayaz Arabaçı son gününü bilsəydi son misrası, şeiri nə olardı?

-Mən sonluq deyə bir şey düşünmürəm heç vaxt,bu ifadəni də qəbul etmirəm.Ən azı özümçün. Mənə qalsa ölüm ruhumuzun qaranlıqlardan sıyrılıb çıxmasının xilas yoludur. Sözsüz ki, hansısa kövrək məqamda kimlərisə – yaxınları, dostları ağlada biləcək zərif, dəbdəbəli, ağrılı nəsə yazmaq keçib könlümdən. Bilmirəm bu sualda bəlkə də səmimi ola bilmədim. Amma belə misralar yazmışam bir vaxt:

Baharda bənövşələr xəzanı heç düşünmür,

Ömrün qısa olmağı gəlmir ağıllarına.

-Üreyinize sagliq. Dəyərli vaxtınızı bizə ayırdıgınız ücün sizə senet.az dərgisi olaraq təşəkkürümüzü bildiririk.  Var olun. Sənətle qalın!

-Siz də sağ olun, yeni yaranmış dərginizə uğur arzulayıram

Söhbətləşdi: Odər Sərdar

 

KÖŞƏ YAZARLARI
TOP 10