Azərbaycan Yazıçılar Birliyinin nəzdində dil kursları fəaliyyətə başlayacaq.
Bu barədə Senet.az-a açıqlamasında birliyin katibi Sayman Aruz məlumat verib.
O, əski əlifba, əruz və fars dillərində dərslərin keçiriləcəyini deyib: “AYB-nin birinci katibi Fikrət Qocanın təklifi ilə dil kursları açmaq qərarına gəldik. İlkin olaraq əski əlifba, əruz və fars dili kursları nəzərdə tutulur. Kurslarda iştirak etmək istəyənlər AYB-nin Güney Şöbəsinə müraciət edə bilərlər.