AYB-dən Çingiz Abdullayev qərarı

20 Baxış

chingizabdullayev“Bu məsələ müzakirə olunmur. Çingiz Abdullayevi qurultay seçib və növbəti qurultaya qədər öz vəzifəsini icra etmək səlahiyyətindədir”.

Bu sözləri Senet.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin katibi Xəyal Rza bildirib. O, Çingiz Abdullayevin yalnız öz istəyi olarsa gedə biləcəyini deyib: “Çingiz Abdullayevin Yazıçılar Birliyindəki vəzifəsindən getmək məsələsi bir halda müzakirə oluna bilər. O da, Çingiz müəllim  AYB-dəki görəvindən öz istəyi ilə getmək istəmiş olsun. O isə bu barədə bir açıqlama verməyib”.

Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev Neftçi” klubunun Müşahidə Şurasının sədri seçilib. O, mətbuata açıqlamasında AYB-dəki vəzifəsini icra edib-etməmək məsələsinin qurumda müzakirə olunacağını demişdi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10