Aydan Salahovanın potreti auksionda satışa çıxarılacaq

62 Baxış

tahirDekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Hərracın əsas lotları arasında Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun müəllifi olduğu “Aydan” əsəri də yer alıb. Rəssamın qızı Aydan Salahovanın portreti olan sənət əsəri 250, 350 min funt sterlinq (400-500 min azn) dəyərində qiymətləndirilir.

“Sotheby’s” hərrac evinin rəsmi məlumatında bildirilir ki, “Aydan” sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur. “Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtı ilə Tokioda açdığı sərgisi münasibətilə çəkib. “Aydan” əsəri sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb”, – deyə hərrac evinin rəsmi açıqlamasında bildirilir.

Qeyd edək ki, hərrac evinin digər dəyərli lotları arasında Boris Qriqoryevin “Ramayana” -600, 800 funt sterlinq, Dmitriy Levitskinin “Knyaqinya Varvara Qolitsınanın portreti” -250, 300 funt sterlinq, Faberje külqabısı, eləcə də A.S. Puşkinin həyat yoldaşı Natalya Qonçarovanın rəsmlərindən ibarət kolleksiya da var.

KÖŞƏ YAZARLARI
TOP 10