“Ayıltmadı qələmim Şu türk ilə əcəmi” – Əli bəy Hüseynzadə

103 Baxış

7B20A8C1-C310-4487-AE73-8924E295573C_cx0_cy16_cw0_w1023_r1_s

Senet.az oxucularına Əli bəy Hüseynzadənin “Yurd qayğusu” şeirini təqdim edir.

 

“Yurd qayğusu”

Ucundadır dilimin

Həqiqətin əzəmi.

Nə qoydular söyləyim,

Nə kəsdilər dilimi!

 

Bilirmisən cahillər

Nə etdilər vatana?

Nə qoydular uyusun,

Nə qoydular uyana.

 

Böylə durmaq uyuşuq,

Rəvamı bir diriyə!?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

 

Düşman qırar qapıyı

Biz içərdə qayğusuz.

Nə evləri ayırır,

Nə bir evli oluruz.

 

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

 

KÖŞƏ YAZARLARI
TOP 10