“Ayrılığın lüksu” – Aysel Fikrətin ŞEİRLƏRİ

75 Baxış

10995711_358392854358304_6725691870405960686_nAyrılığın lüksu

 

Adı sevgiliər kimi

nə  göz yası nə ayrılıq sözləri

nə  də gizlin getmələr olmadı.

səni unutmaqmı  olar ?deyib

yalan  da danismadiq.

susduq …

susmaq bəlkə də baqırtı idi o an..

bir kəlmə söz dedin

hardasan ?

xesteyem dedim

sen terefim aqrayir …

ürəyin ?

ürəyim ..

susduq …

sonra hind filmlərindəki kimi yağIs yağdı.

Senin godəkcən nazik idi

get dedim ..

getmisem dedin ..

çoxdan yoxam.

islanmışın yağışdan nə qorxusu ki

mən də qorxam..

ayrılıq əllərin olmamasıdi .

gözlərin  görməzliyi

yalnız sən mənə baxırdın

mən də əllərindən tutdum ..

bumbuz .

sevgin ölsə belə

qorxma

mən səni sevəcəyəm

hamıya inad ..

gulumsədim
sevgimizi yasayamadiq
ayriliqi satin aldım

mənimsədim

Ayriliğı

luksu ile yasadim …

 

çətiri açdım

çətir sevgimiz idi ..

qədrini biləmədik .

getdin
getdim .
çətir də mən də qaldı
sevgim də
Sən de !!!!!!!

Qəfəs

Hamının qəfəsi var

mənim qəfəsimdə sən
bilmiəm sən qəfəssən
yoxsa qəfəsimdəsən

Düyün kimi sözlərim
tutulub boğazımda
bilmirəm sən nəfəssən

yoxsa nəfəsimdəsən

utanmadan gəlmisən
bilmədən həyatıma
bilmirəm həyatımsan
yoxsa heyatimdasan ..

ne doğrun anlamlıdı
ne yalanın yalanıdı
bilmirım sən yalansan
yoxsa yalanımdasan.

 

Şeir

Hər şeir bir ahdı .
çəkdikcə bitməz
hər şeir bir dərdin göyərçinidi .
şeir yazılmasa dərd uçub getməz
Seirler arzunun Al yelkenidi…
Yorulub insandan seire döndük.
Yazildiq pozulduq oxunduq bitdik
.Kecdik sərvətindən  bu boş dunyanın.
Bulud tek ağladıq .
Gül kimi bitdik
Insandan el cəkdik.
Sözə sıqındıq .
Biz seirə siğdıq dərdin üzündən..
Bizi uçuranlar yiğa bilmirlər
Qalmişıq illərdi göyün üzündə .
Olmasaydın 

 

Bu dünyada varlıqınçun

Sənə minnətdaram mən  .
Olmasaydin kim düşərdi
Iller ile gözümdən

Kimin adını çəkərdim
Kədər sevgi deyəndə
Kimin üçün darıxardım
Işdə evdə küçədə

Kimə baxıb gülümsər
Kimə baxıb ağlardım
Kimi tez tez unudardım
Yenə yada salardım

Olmasaydın nə bilərdim
Bu dunyanın dadını
kimə çaşıb sən deyərdim
bilə bilə adını .

bu dağ çəmən bu gül çiçək
bu cür gözəl olmazdı
sonra da o gözəlliklə
göz önündə solmazdı

olmasaydın bu qədər dərd
bitirməzdi gözlərim
səni tapıb sevə sevə .
itirmezdi gozlerim.

Sözlərini bir göyərçin

qanadına bağlamaz
cavabını ömür boyu

gözləməzdi gözlərim

gəlişini izləməzdi
gedisinə diymazdi
sən olmasan bil sevdiyim
elə mən də olmazdım

sonuncu nağıl

 

bütün nağılların sonuna cıxdıq .
Büün nağılların sonunda səndin
Mən səni bitirdim
Səni danışdım
Mən səni sevmədim
Sənə tükəndim .
Bütün nağılların sonu qış olur .
Yanar sobaların qığılcımında
Qovrular arzular
Umidlər itər
İtər qocaların baxışlarında …

 

Payız insan

 

Gözümdən axan yaşlarım
Hamısı geri qayıdır .
Göydən yağışlar tək yağır .
Bir çiçəyi yaşatmağa .
payiz ən sevdiyim fəsil.
yenə qovuşuruq .
Payız insan
Insan payız .
Qovuşuruq ağlamağa
çətirlərdə  gizlənənlər .
Nə anlarlar axı bizdən .
çətirlərdə gizlənənlər .
Uzaqdılar
Yağış altda ayaqyalın
Qacanlara …

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya, Ədəbiyyat
KÖŞƏ YAZARLARI
TOP 10