Aytən Cavanşirin yeni kitabı təqdim olunacaq

73 Baxış

aytenNoyabr ayının 15–i, saat 15:00-da yazıçı Aytən Cavanşirin “Pərdələri çəkin” kitabının imza günü keçiriləcək.

Tədbir “Park Bulvar AVM”də baş tutacaq.

“Pərdələri çəkin” onlarla kino və musiqi ulduzlarının yaradıcılıqları və şəxsi həyatlarının maraqlı məqamlarından bəhs edir. Retro kino vurğunu olan müəllifin dilindən Marçello Mastroyanni, Federiko Fellini, Domeniko Modunyo, Alen Delon Odri Hepbern, Sofi Loren, Anna Manyani, Anuk Eme, Adriano Çelentano, Frenk Sinatra, Ennio Morrikone, Nəsibə Zeynalova, Robert Hosseyn və digər onlarla dahi insanın həyatı nəql olunur. Müəllifin fikrincə, “Pərdələri çəkin” kitabı incəsənəti sevən hər kəsin kitab rəfində olmalıdır.

Aytən Cavanşir “Vəkil” romanı və “Ayaqlarım üşüyürdü” kitablarının müəllifidir.

 

 

 

 

aytencavansi

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10