“Azərbaycan ədəbiyyatı” toplusu ərəbcə çap olundu.

13 Baxış

22278888_733327753528523_541762807_o

2015-ci ildə ingiliscə çap olunan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə “Hədəf” nəşrlərinin birgə layihəsi – “Azərbaycan ədəbiyyatı” toplusu bu dəfə ərəbcə nəşr edilib.

Sənət.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının 20 yazıçı və şairinin həyat və yaradıcılığı haqqında dolğun məlumat əks olunan toplu Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyinin təşəbbüsü ilə çapa hazırlanıb. Toplunun müəllifi filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, məsləhətçiləri isə səfirliyin üçüncü katibləri – Sadıxov İmran və Qədirov Əlidir. Layihə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr olunub. Koordinatoru Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Rasim Rzayev olan “Azərbaycan ədəbiyyatı” toplusunun çap olunma məqsədi ərəbdilli xalqlara ədəbiyyat tariximizin görkəmli simalarını təqdim etməkdir.

Qeyd edək ki, aidiyyatı layihələrdə istifadə edilməsi üçün topludan xeyli nüsxə Azərbaycan Xarici İşlər Nazirliyinə də təqdim edilib.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10