19 fevral 2016-cı il tarixində, saat 15:00-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Azərbaycan Bəstəkarlar İttifaqının “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş yeni broşürlərin (II hissə) təqdimatı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən Senet.az-a verilən məlumata görə, 22 fevral 2016-cı il tarixdə saat 15.00-da isə Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Rafiq Babayev adına 25 saylı 11 illik Musiqi Məktəbinin şagirdlərinin Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş konserti baş tutacaqdır.