Azərbaycan dilində 90 minə yaxın kitab Ədəbiyyat fondunda saxlanılır

9 Baxış

14825112253377326558_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan ədəbiyyatı fondunun incilərinin təqdimatı olub.

Senet.az xəbər verir ki, tədbirdə kitabxananın direktoru Leyla İmanova Azərbaycan ədəbiyyatı fondunun əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsinin məqsədi kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, burada əksini tapan fakt və həqiqətləri geniş ictimaiyyətə çatdırmaqdır.

Hazırda milli ədəbiyyata marağın 20-25 il əvvələ nisbətən artdığını deyən kitabxananın fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova bildirib ki, hazırda ədəbiyyat fondunda Azərbaycan dilində 90 minə yaxın kitab mühafizə olunur.

Sonra “Məhsəti şairlər məclisi” idarə heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman “Can, Azərbaycan” adlı almanaxını,

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad müəllifi olduğu beş kitabı kitabxanaya hədiyyə ediblər.

“Məhsəti şairlər məclisi”nin üzvləri Güləmail Murad, Cəvahir Qaraqızı, Yeganə Nur, Arzu Nehrəmli və başqaları Vətən, Qarabağ həsrəti, təbiət haqqında şeirlər söyləyiblər.

KÖŞƏ YAZARLARI
TOP 10