“Azərbaycan dilinin böyük izahlı lüğəti” hazırlanır

27 Baxış

amea

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin böyük izahlı lüğəti” və yeni orfoqrafiya lüğəti hazırlanır.

Senet.az xəbər verir ki, bundan öncə “Azərbaycan dilinin izahlı lüğəti” 1966-87-ci illərdə AMEA-nın müxbir üzvü Əliheydər Orucovun rəhbərliyi ilə dörd cilddə nəşr olunub. Bu lüğət 2005-ci ildə latın qrafikası ilə çap edilib. Sonralar şöbədə üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib. Burada isə cümlələrin yox, ancaq sözlərin mənaları verilib.

2004-cü ildə AMEA-nın müxbir üzvü Ağamusa Axundovun redaktorluğu ilə 80 min sözdən ibarət “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb. Lüğətin 2013-cü ildəki nəşrinə isə 30 mindən çox yeni söz əlavə edilib və burada ümumilikdə 110 min 563 söz verilib.

Bu lüğətə minədək yeni sözün daxil edilməsi nəzərdə tutulur. Ancaq başqa dillərdən alınan bu sözlər institutun elmi şurasında müzakirə olunduqdan sonra nəşrə daxil ediləcək. Yeni orfoqrafiya lüğətinə əlavə edilən sözlər “Azərbaycan dilinin izahlı lüğəti”nə də daxil ediləcək. Çünki 1960-cı illərdən 1987-ci ilədək çap olunan dörd cildlikdə bu sözlər yoxdur. Eyni zamanda, müstəqillik dövründən sonra yaranan sözlər də lüğətə əlavə olunacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10