Şəmil Sadiqin “Odərlər” romanı Azərbaycan Dövlət Pedaqoji Kollecində müzakirə olundu

27 Baxış

IMG_0034_800x533

 

 

Kitabsevərlər qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yazıçı Şəmil Sadiqlə görüş keçirilib.

 

Tədbiri giriş sözü ilə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açıb. O, Şəmil Sadiqin yaradıcılığından bəhs edib, “OdƏrlər” romanı barəsində fikirlərini dilə gətirib. Daha sonra Şəmil Sadiq çıxış edərək kollec rəhbərliyinə təşəkkür edib: “Belə bir gözəl tədbiri təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Gənclərin kitaba, ədəbiyyata maraq göstərdiyini görmək həqiqətən də sevindirici haldır”.

 

Kollecin Sosial-iqtisad fənn birləşməsinin müəllimi İlahə Məmmədovanın təqdimatında “OdƏrlər” romanı haqqında çəkilmiş video çarxa baxılıb. Video çarxdan sonra direktor müavini Sevda Axundova, Nigar Şirəliyeva, Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi, Təhsil İnstitutunun doktorantı Xatirə Xəlilova, digər müəllimlər Günel Qafarova, Vəfa Yunusova, Fərqanə Əliyeva kitab barəsində fikirlərini söyləyiblər. Çıxışlar bitdikdən sonra Şəmil Sadiq şagirdlərin roman barəsindəki suallarını cavablandırıb, onlarla ədəbiyyat sahəsində fikir mübadiləsi aparıb. Kollec tərəfindən müəllifə “Odərlər” romanının əks olunduğu rəsm əsəri hədiyyə edilib. Şəmil Sadiq də öz növbəsində tədbir iştirakçılarına kitablarını hədiyyə edib, kollecin kitabxanasına “Xatirə Ədəbiyyatı” seriyasını tam şəkildə bağışlayıb.

 

Tədbir imza mərasimi ilə başa çatıb. Sonda xatirə fotosu çəkilib.

 

Bölmə : Bölməsiz
ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10