Azərbaycan filmi Los Ancelesdə nümayiş olunacaq

6 Baxış

axRejissor Asif Rüstəmovun “Axınla aşağı” filmi ABŞ-ın Los Anceles şəhərində keçiriləcək “SEEfest” Film Festivalında nümayiş olunacaq.

Senet.az xəbər verir ki, Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən festival Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edir. 30 aprel-7 may tarixlərində keçiriləcək festivalın proqramlarında ümumilikdə 23 ölkəni təmsil edən film iştirak edir və əsas proqramda doqquz film yer alıb.

Qeyd edək ki, “Axınla aşağı” filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10