“Azərbaycan hökmdarları: Səfəvilər” kitabı nəşr edildi

126 Baxış

Sefeviler Vüqar Zifəroğlunun və Ceyhun Bayramlının həmmüəllif olduğu “Azərbaycan hökmdarları: Səfəvilər” məlumat kitabı işıq üzü görüb. Kitab “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində nəşr edilib.

Senet.az-a açıqlamasında Vüqar Zifəroğlu kitab haqqında geniş məlumat verib: “Təəssüf ki, Azərbaycan Səfəvilər dövlətini, dünya ictimaiyyətinin, elmi sferasının bir çox hissəsi İran dövləti kimi tanıyır və öyrənirlər. Bu da xarici ölkələrdə yaşayan və təhsil alan soydaşlarımızın haqlı narazılığına səbəb olur. Tarixdən də məlumdur ki, bu dövlət sırf Azərbaycan xalqına məxsus olmuş, ölkəmizin ərazisində yaranmış, dövlətin idarəedilməsi buradan həyata keçirilmişdir. Səfəvilərə “iranlılıq” prizmasından yanaşan xarici dövlətlərin atdığı bu yanlış addım bəzən qəsdən yox sırf təbliğatın zəifliyindən, məlumat azlığından qaynaqlanır. Bütün neqativ ünsürlərin həllinə yardımçı vəsait olaraq Səfəvi hökmdarları barədə lakonik, lakin məzmun və mahiyyət etibari ilə maarifləndirici xarakter daşıyan “Azərbaycan hökmdarları: Səfəvilər” kitabı olduqca mühüm əhəmiyyət daşıyır. Məhz buna görə də əsərin ikidilli (Azərbaycan, ingilis) olmasına ehtiyac var idi. Ana dilimizlə yanaşı həm də ingilis dilində nəşr olunmuş bu kitab dünyanın müxtəlif universitetlərində, kitabxanalarında, elm fondlarında, araşdırma institutlarında o cünlədən diaspor təşkilat və cəmiyyətlərimizdə Azərbaycan dövlətçilik tarixi barədə informasiya çatışmazlığının aradan götürülməsi baxımından əhəmiyyətlidir. Layihənin həyata keçirilməsində başlıca məqsəd Azərbaycan tarixinin şərəfli səhifəsi, ayrılmaz tərkib hissəsi olan Səfəvilər imperiyasının tarixinin öyrənilməsinə xidmət etmək, Səfəvi xanədanına mənsub hökmdarlarımızın istər cəmiyyətimizdə, istərsə də beynəlxalq aləmdə daha yaxından tanınmasına yardım etməkdir. Qısamüddətli hədəfimiz cəmiyyətimizdə ictimai şüuru mökəmləndirmək, yeniyetmə və gənclərimizin alt şüurunda milli dövlətçilik düşüncəsinin inkişaf etdirilməsi, eləcə də ölkəmizdə təhsil alan əcnəbi gənclərin arasında hökmdarlarımızın tanıdılması və təbliğindən ibarətdir. Uzunmüddətli məqsədlərimizə isə layihənin xarici ölkələrdə yaşayan soydaşlarımızın arasında təbliğ etmək, xaricdəki təhsil müəsisələri və ictimai-siyasi institutların bu layihəyə marağını təmin etmək və Azərbaycan tarixinin düzgün öyrənilməsinə təşviq etmək daxildir. Gələcəkdə bu formada dövlətçilik ənənələrimizi təbliğ edən nəşrlərin hazırlanmasına böyük ehtiyac var. Bu ilk növbədə maarifləndirmə işinin düzgün təşkil edilməsi üçün son dərəcə vacibdir. Ümid edirik ki, QHT-lərə Dövlət Dəstəyi Şurası gələcəkdə də bu kimi layihələrin işlənərək ictimaiyyətə təqdim edilməsində dəstəyini əsirgəməyəcək və bu istiqamətdə yardımlarını göstərəcəkdir”.

 

 

Sefeviler

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10