“Azərbaycan” jurnalının 2017-ci il ilk nömrəsi

41 Baxış

14852703135909954592_1000x669

“Azərbaycan” jurnalının yeni nömrəsi işıq üzü görüb. Jurnalın bu nömrəsi akademik, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “Yaşa, yaşa , çox yaşa” yazısı ilə açılır. Akademik bu yazıda 95 illik “Azərbaycan” jurnalı ilə bağlı düşüncələrini oxucularla bölüşür.

Yeni nömrədə Günel Natiqin “Ağrını incəsənətə çevirən dahi”, Vahid Qazinin “Tanrılarla baş-başa”, Ülvi Babayevin “Fələk qırmancı” romanında postmodern elementlər və sosial funksiya”, Vaqif Yusiflinin “Xudam əsirgəməz rəhmini məndən”, Anarın “Əkinçi haqqında xatirələr”, İsrafil İsrafilovun “Tarixdə yaşayan “Ölülər” sərlövhəli maraqlı yazıları yer alıb.

“Poeziya” rubrikasında Musa Yaqub, Rəfail Tağızadə, Musa Ələkbərli, Saleh Qurbanov, Nuranə Nur, Fərid, Adilə Nəzər, Qədiməli Əhmədin şeirləri təqdim edilib. “Nəsr” rubrikasında Mübariz Cəfərlinin “Şəklin arxasında” povesti, Təranə Vahidin esseləri və “Mən toz dənəsiyəm” hekayəsi, Vüsal Nurunun “Tüklü sabun” hekayəsi, Namaz Məmmədoğlunun “Günortadan sonrakı zəng” hekayəsi və digər maraqlı ədəbi nümunələr dərc edilib.

Jurnalın redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

KÖŞƏ YAZARLARI
TOP 10