“Azərbaycan” jurnalının aprel sayı

15 Baxış

84828_6stylv5p5u

Bugünlərdə “Azərbaycan” jurnalının aprel sayı işıq üzü görüb.

Jurnalın “Dramaturgiya” bölümündə Nobel mükafatçısı Bernard Şounun “Milyonçu qadın” dördpərdəli komediyasını əsərin tərcüməçisi, Xalq yazıçısı Elçin təqdim edib. “Ölümə hazır olan insan” yazısında Elçin “Milyonçu qadın” pyesinin nümunəsində B. Şounun dramaturgiyasının mahiyyətini açıqlayır: “Şou dialoqlarında intellektuallıqla, hətta mən deyərdim ki, elitarlıqla, onun yaratdığı xarakterlərin təbiiliyi (xəlqiliyi!) arasında qəribə bir bədii-psixoloji vəhdət var və biz bu cəhəti “Milyonçu qadın” pyesində (özü bu əsəri “təmtəraqlı komediya” adlandırır) aşkar görürük. Dialoqlar gizli, yaxud açıq ironiya ilə, incə yumorla zəngindir və burada şitliyə, yüngül hırıltı doğuracaq situasiyalara, bayağı söz oyunlarına rast gələ bilməyəcəksiz”.

Bu bölümdə Əli Əmirlinin “Nuri-didə Ceyhun”, Vaqif Əlixanlının “Dənizə baxan pəncərə” və Aydın Talıbzadənin “Xala” pyesləri də verilib.

“Poeziya” bölümündə Nisə Bəyim, Cavid, Sahib Camal və Nicat Qəribin şeirləri dərc olunub.

“Ədəbi söhbətlər” rubrikasında Nərgiz Cabbarlı və Nizami Cəfərov Aydın Talıbzadənin “Əbuhübb” romanını müzakirə ediblər.

“Kəmaləddin Qədimin 60 yaşı” xüsusi rubrikasında yubilyar şairin şeirləri öz əksini tapıb.

Qəşəm Nəcəfzadənin “Elçilik”, Ocaqqırağı”, Vaqif İsaqoğlunun “Armud ağacı” nəsr nümunələri “hekayələr” bölümündədir.

“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə Təyyar Salamoğlu “Qaranlıq dünya problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları”ndan söz açıb.

KÖŞƏ YAZARLARI
TOP 10