“Azərbaycan” jurnalının dekabr sayı çapdan çıxıb

12 Baxış

101988_4zvq03gclv

“Poeziya” bölməsində Ramiz Rövşən, Barat Vüsal, Ağacəfər Həsənli, Valeh Bahaduroğlu, Xəyal Rza, Rəfiqə Şəms, Nazim, Zahid Avşar Eloğlu və Böyüş Yaquboğlunun şeirləri verilib.

Əli Əmirlinin “Ah, bu uzun sevda yolu” və Qan Turalının “Qabaqda gedən zəncirli” əsərləri “Dramaturgiya” bölümündə yer alıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə” adlı xüsusi rublikada Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu (türkləşmək, müasirləşmək, islamlaşmaq) yazısı dərc olunub.

“İncəsənət” bölümündə İlham Rəhimli “Dahiliyin zirvəsi” yazısında Üzeyir Hacıbəyli irsindən söz açıb.

Fuad Vəliyevin “Nikbin olmaq istəyirəm” adlı, elm və mədəniyyət haqqında söhbəti “Redaksiyamızın qonağı” rubrikasında yer alıb.

“Uşaq ədəbiyyatı” bölümündə Günay Qarayevanın “Uşaqlar üçün yazmağın məsuliyyəti” məqaləsi, Qəşəm Nəcəfzadə, Mir Sabir, Vaqif İsaqoğlunun şeirləri, Təranə Vahidin “Qripin olmadığı yer”, Vüqar Haqverdiyevin “Uçan fincanlar”, “Sehirli tütək” hekayələri “Uşaq ədəbiyyatı” bölümündədir.

“Yusif Həsənbəylinin 85 yaşı” adlı xüsusi rubrikada Qurban Bayramov “Öz yaradıcılıq iqlimi olan yazıçı”dan bəhs edir.

Elçinin “Söz azadlığı tənqidimizə nə verib?”, Vaqif Yusiflinin “Üç hekayəçi” məqalələri “Tənqid və ədəbiyyatşünaslıq” bölümündə işıq üzü görüb.

KÖŞƏ YAZARLARI
TOP 10