“Azərbaycan” jurnalının may sayı

19 Baxış

1

Yazıçılar Birliyinin mətbu orqanı “Azərbaycan” jurnalının may sayı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. 

İlk olaraq jurnal Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə başlayır.

Həmçinin, “Azərbaycan Xalq Cümhuriyyəti-100” xüsusi bölməsində Vilayət Quliyevin “Parisə əzablı yol”, Azər Turanın “Azərbaycan türkoloji elminin qurucusu”, Alxan Bayramoğlunun “İstiqlalın özü və sözü”, Aydın Tağıyevin “Quba üsyanı” məqalələri də yer alıb.

Jurnalın növbəti xüsusi bölməsi Xalq yazıçısı Elçinin 75 illik yubileyinə həsr olunub. Bu bölmədə Şirindil Alışanlı “Sənətkarın obrazı” məqaləsi, Elçin “Şeytan əməlləri” üç pərdəli absurd, Xalq yazıçısı Anar “Elçinə” şeiri ilə çıxış ediblər. Bölməni “Elçin haqqında nə demişlər” başlığı altında tanınmış qələm sahiblərinin yubilyar haqqındakı fikirləri tamamlayıb.

Oxucular “Poeziya” bölməsində Vaqif Bəhmənli, Nəsibə Bəyim, İlham Qəhrəman, Adil Həsənoğlu və Ağaddin Babayevin şeirlərini, “Nəsr” də Vahid Məmmədlinin “Şanapipik” və “Əllərin dili ilə” adlı iki hekayəsini, “Ədəbi düşüncələr” rubrikasında Cavanşir Yusiflinin “Balet estetikasında tənqid” məqaləsini oxuyacaqlar.

Jurnal bu sayında daha iki xüsusi rubrika ilə seçilib. Bunlar “Vaqif Yusiflinin 70 yaşı” və “Avdı Qoşqarın 60 yaşı” rubrikalarıdır. Tanınmış tənqidçi Vaqif Yusiflinin yubileyi münasibətilə Nizami Cəfərov “Vaqif…və Yusifli…” deyib. Avdı Qoşqara həsr olunan bölmədə isə şairin şeirləri və Rüstəm Kamalın “Avdı Qoşqar: ömür və söz sınağında” məqaləsi yer alıb.

“Tənqid və Ədəbiyyatşünaslıq” bölməsində Elnurə Verdiyevanın “Ramiz Rövşənin “Daş” povestində “qadın” konsepti, Kəmalə Umudovanın “Qoqolun “Şinel”indən Aydəmirin “Tvid palto”suna…”, Fəxrəddin Əsədin “Gecə yaman uzundur” məqalələri var.

“Ədəbi kaleydoskop”da Zümrüd bu dəfə dahilərin həyatından söz açıb.

Ənənəvi olaraq ən yeni nəşrlər haqqında məlumat jurnalın “Kitab rəfi” rubrikasında verilib.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10