“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb

25 Baxış

107197_w0d7zjiu00

Jurnalın yeni sayında ilk xüsusi rubrika Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunub. Burada İmdat Avşarın “Anar haqqında düşüncələr”, Tofiq Məliklinin “Nələr etmədik bu vətən üçün”, Rüstəm Kamalın “Tənha qəhrəman” məqalələri və yazıçının “Molla Nəsrəddin- 66″, “Dantenin yubileyi”, “Keçən ilin son gecəsi” əsərlərindən seçmələr, “Gecə düşüncələri”ndən sitatlar yer alıb.

“Poeziya” bölməsində Şəfəq Sahibli, Şövkət Zərin, Sənəm Səbayel, Gülnarə Sadiq, Təranə Vahid, Nəzakət Məmmədli, Əfsanə Rəvan, Firəngiz Sabirqızı, Ramiz Duyğunun şeirləri çap olunub.

“Nəsr”də Mustafa Çəmənli “Səhnə fədaisi” sənədli povesti, Zemfira Məhərrəmli “Sevgimi neylədin, Daşaltı dərəsi?”, Mənsurə Qaçayqızı “Səs” yazıları ilə çıxış edib.

Şair Əşrəf Veysəllinin 80 yaşına həsr olunmuş xüsusi rubrikada onun şeirləri verilib.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Vaqif Yusiflinin “Poeziya…Poeziya”, Gülgün Əliyevanın “Klassik türkmən poeziyasında Nəsimi obrazı”, “Sərhədsiz söz sərvətimiz” rubrikasında Şahin Fazilin “Mir Həmzə Seyid Nigari” məqalələri var.

İsrafil İsrafilov “Teatr sənətinin “əzəl mübtəlası” məqaləsi ilə jurnalın “İncəsənət”, Alxan Bayramoğlu “Abdulla bəy Divanbəyoğlunun bədii nəsri” məqaləsi ilə “Klassik irsimizdən”, İlham Qəhrəman “Tapmaca sehri” məqaləsi ilə “Folklor dünyamız” rubrikasında çıxış edib.

“Kitablar, rəylər” bölməsindəki “Eşqin cazibəsi” adlı yazıda Ələddin Əzimli Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” kitabından söz açıb.

Ənənəvi olaraq ən son nəşrlər haqqında məlumat jurnalın “Kitab rəfi” bölməsindədir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10