“Azərbaycan” jurnalının sentyabr sayı işıq üzü görüb

6 Baxış

142979_22zbpdshao

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Azərbaycan” jurnalının sentyabr sayı işıq üzü görüb.

Jurnal “Poeziya” bölməsi ilə başlayır. Bölməyə Adil Cəmil, Tərlan Əbilov, Süleyman Abdulla, Zahid Avşar Eloğlu, Kəmaləddin Qədim, Əyyub Paşa, İnqilab İsaq, Ramil Məmməd və Xaliq Rəhimlinin şeirləri daxildir.

 “Nəsimi-650″ adlı xüsusi rubrikasında İlqar Fəhminin “Yeddinci” – didaktiv-detektiv pyesinin yer aldığı jurnalın “Nəsr” bölməsində Kamil Əfsəroğlu “Yuxu” romanını tamamlayır.

“Ədəbi düşüncələr”də Anarın “Yaşamaq haqqı” traktatından fəsillər, “Düşüncələr”də isə Vaqif Bəhmənlinin “İşartılar”ı çap olunub.

Nizami Cəfərovun 60 yaşına özəl bölmədə Südabə Ağabalayevanın “Nizami Cəfərov: Obrazın üslubu, enerjisiz və sintez tizfəhmi” məqaləsi var. Elçinin “Sirr” – bədii sənədli filmin ssenarisi “Dramaturgiya”da, Allahverdi Eminovun “Yusif Həsənbəyin “Siziflərin qiyamı” poemasının fəlsəfi yükü” məqaləsi “İsti-isti” rubrikasındadır.

“Tənqid və ədəbiyyatşünaslıq” bölməsində oxucular Qorxmaz Quliyevin “Mirzə Cəlil yaradıcılığı: xaos və kosmosun cazibə sahəsi”, Lalə Həsənovanın “Obrazlaşan talelər və ictimai siyasi reallıqlar”, Yaqub Babayevin “Füzulinin imtahanı” məqalələrini oxuyacaqlar.

Jurnalın ənənəvi “Kitab rəfi” rubrikasında yeni nəşrlərdən söz açılır.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10