“Azərbaycan” jurnalının yeni nömrəsi çap olunub

13 Baxış

1496386218281050268_1000x669

“Azərbaycan” jurnalının yeni 5-ci nömrəsi işıq üzü görüb.

Senet.az xəbər verir ki, jurnalın bu nömrəsində oxuculara tanınmış şair Musa Yaqubun şeirləri təqdim olunub. Şairin 80 illik yubileyi münasibətilə akademik Nizami Cəfərovun, şair Əjdər Olun və gənc yazar Günay Qarayevanın Musa Yaqubun poeziyası haqqında yazıları dərc edilib.

“Poeziya” bölməsində Tair Taisoğlu, Güləmail Murad, Zirəddin Qafarlı, Mahcamal və digər şairlərin yeni şeirləri işıq üzü görüb.

“Nəsr” bölməsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun roman-trilogiyasından “Qazi Bürhanəddin səltənətinin süqutu” fəslini, Sadıq Zamanın “Kolumbun səhvi” hekayəsini oxuculara təqdim edir.

Jurnalın “Xatirələr” rubrikasında Qəşəm Nəcəfzadənin “Mənim ilk kitabım”, “Müstəqillik yollarında” rubrikasında yazıçı-publisist Südabə Ağabalayevanın “Yaddaş”, “Ədəbi talelər” rubrikasında Günel Natiqin “Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı” və digər əsərlər dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar İncəsənət Xadimi İntiqam Qasımzadədir.

KÖŞƏ YAZARLARI
TOP 10