“Azərbaycan” jurnalının yeni sayı

18 Baxış

118063_nwt7p407sa

“Azərbaycan” jurnalının yeni sayı işıq üzü görüb.

Senet.az-ın məlumatına görə, jurnalın yeni sayında Əhməd Qəşəmoğlu, İslam Sadiq, Tərlan Əbilov, Ofelya Babayevanın şeirləri, Kəramətin “Cəzb və kütlə hökmü” poeması dərc olunub.

Məmməd Orucun “Veteran”, Qorxmaz Şıxalıoğlunun “Bürkü” povesti, Azər Abdullanın “Sandıq”, Natiq Məmmədli “Əmanət” iki hissəli dramı, Adil Mirseyidin “Akvarium şəhər” kinopoeması da oxuculara təqdim olunacaq.

Jurnalda ölkədə kitabları ən çox satılan üç yazıçıdan biri yazıçı Varislə tənqidçi Nərgiz Cabbarlının söhbəti də yer alıb.

Oxucular həmçinin Ülviyyə Heydərovanın “Uşaqlıq” monopyesi, Günel Natiqin “Mixail Bulqakovun həyatı və müəmmalı ölümü”, Güldəniz Qocayevanın “Məgər mən Xristofor Kolumbdan əskik oğlanam” adlı yazısı ilə “Azərbaycan” jurnalının yeni sayında tanış ola biləcəklər.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10