“Azərbaycan” jurnalının yeni sayı işıq üzü gördü

8 Baxış

87550_6tjbifdf8y

Bugünlərdə “Azərbaycan” jurnalının may sayı işıq üzü görüb. 

Jurnalın bu sayında “Musa Yaqubun 80 yaşı” adlı xüsusi rubrikada yubilyar şairin şeirləri, Nizami Cəfərovun “Təbiət qədər təbii”, Əjdər Olun “Həmişə şair”, Günay Qarayevanın “…Sağ ol, təmiz ömür, var ol, təmiz yol…” yazıları yer alıb.

“Poeziya” bölməsində Tahir Taisoğlu, Mayis Səlim, İsa Sevər, Güləmail Murad, Leyla Əsədullayeva, Zirəddin Qafarlı, Ramiz Kərəm, Mahcamal və Lilpar Cəmşid qızının şeirləri dərc olunub.

Hüseynbala Mirələmovun “Qazi Bürhanəddin səltənətinin süqutu” romanı və Sadiq Zamanın “Kolumbun səhvi” hekayəsi jurnalın “Nəsr” bölümündədir.

“Xatirələr, duyğular” rubrikasında Qəşəm Nəcəfzadə “Mənim ilk kitabım” yazısı ilə çıxış edir.

Məmməd İsmayılın tərcüməsində Oleq Amiqinin (Sidorov) “Tigin ağacı” hekayəsi “Yeni tərcümələr” bölümündə yer alıb. Bu bölümdə, həmçinin, S.Məmmədzadənin tərcüməsində Yuri Şerbakovun şeirləri, Xumar Ələkbərlinin tərcüməsində Suheyr əl-Qalamavinin “Alovlu məktub” və Hənəfi Bin İsanın “Əlcəzairli Parisdə” hekayələri də çap olunub.

“Müstəqillik yollarında” rubrikasında Südabə Ağabalayevanın “Yaddaş” məqaləsi, “Ədəbi talelər” bölümündə Günel Natiqin İ.S.Turgenevdən bəhs edən “Həyatını ispan müğənnisinə həsr etmiş rus yazıçısı” araşdırması dərs edilib.

“Tənqid və ədəbiyyatşünaslıq” bölümündə Pərvin Nurəliyeva “Anar yaradıcılığında tənhalıq”, Vaqif Yusifli “Qəzəl dünyamız” (əvvəli), Paşa Əlioğlu “Səməd Vurğun və Şəhriyar”, Ülviyyə Rəhimova “Midas effekti və Yusif Səmədoğlunun “Bayatı Şiraz” hekayəsi” məqalələri ilə çıxış ediblər.

“Söz xəzinəmizdən” rubrikasında Əlyazmalar İnstitutunun yeni nəşrləri (müəllif: Paşa Kərimov), “Kitab rəfi” rubrikasında isə ən yeni nəşrlər haqqında məlumat verilib.

KÖŞƏ YAZARLARI
TOP 10