Azərbaycan kişilərində sırğa taxmaq gələnəyi

229 Baxış

oderOdər Sərdar

 

Cəmiyyətimizdə sırğa taxan bəylərimizə çox insanımız tənqidlə yanaşır. Loru dildə desək “yaxşı baxmırlar, yaxşı oğlan sırğa taxmaz” kimi ifadələrlə anılırlar. Burada incə bir məqama diqqət yetirmək lazımdır. Kişilərin sırğa taxmasını pis qarşılayan vətəndaşlarımız  bunu nəyə əsaslandırılar? Sulaını doğru dürüst özləri də bilmirlər. Bəs yaxşı gənclərimiz sırğa taxma gələnəyini daşıdıqları hansısa idealoji görüşün -türkçülüyün, kommunizim, liberalizmin, anarxizmin – ifadəsi kimimi taxırlar? …

Gəlin Sırğa taxmaq gələnəyinin haradan qaynaqlandığına qaynaqların işığında nəzər yetirək. Öncəliklə Sırğa sözünün anlamına baxaq. Bir çox türkoloq alim “sırğa” sözünün “asmaq” feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay Türkcəsində “astiq” – hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində “astığ” – qadın sırğası, Türkiyə türkcəsində “asım takım” – qadınların taxdığı süs əşyası kimi başa düşülür.“ALTUN KÜPƏ” – Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədəm Qorqud-da “altun küpəli Oğuz bəyləri”ndən də bəhs olunur: “Qulağı altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi”. Çin mənbələrinin verdiyi məlumata görə Qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş.  Qızıl Orda xaqanı Berke Xanın qulağında qiymətli almazlar olduğu haqqında bir qeydə təsadüf edilir. Qaraqoyunlu hökmdarı Qara Yusif də qiymətli sırğalar taxardı, hətta vəfat etməsiylə bağlı ordusu Şahrux ordusu qarşısında məğlub olduğu zaman türkmənlər o qiymətli sırğaları ələ keçirmək üçün Yusifin qulaqlarını kəsmişdilər. Azərbaycan Ağqoyunlu xanədanlığının hökumdarı Uzun Həsənin ordusundakı türkmənlərin də sırğalar və ya həlqələr taxdıqlarını Nəsəvi qeyd edir. Babur sülaləsinin də sırğa taxdıqları, o dövrlərə aid miniatürlərdən də görünməkdədir. Maraqlı cəhət ondadır ki, sırğa taxma gələnəyi Türk tayfalarının bəzilərində şərəf, ucalıq anlamını veridisə, bəzi Türk tayfalarında isə  nökərlərin, qulların qulağına taxırdılar.  Qazaxlarda köləni (qulu) eşiyə buraxıb qulağını biz ilə deşmək adəti varmış. Səlcuq Sultanı Alp Arslan da Gürcüstandan tutduğu əsrlərin qulağına sırğa taxdırmışdı. Türklər arasında qulağa həlqə, yaxud sırğa taxma adəti İsalmdan əvvəlki dövrlərdə olmuşdur. Səlcuq imperatorluğu zamanında, türklər əsirlik əlaməti – nişanı olaraq qulağa həlqə taxıldığı haqqındakı İran ənənəsini çox yaxşı bilirdilər. Çingizin nəslində, Teymurlularda, Qaraqoyunlularda və Ağqoyunlularda hökmdarların qiymətli sırğalar, halqalar taxmaları adətinin varlığı Türklərdəki bu adətin qədim İranlılarda və İsrail oğullarında olduğu kimi “əsirlik və tabeçilik” timsalı olmadığını qəti surətdə göstərir. Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu xanədanlıqlarında yalnız hökmdarların deyil, ordunu təşkil edən Türkmənlərin də qulaqlarına həlqələr taxmaları, bu adətin bilavasitə Türkmənlərdə çox yayılmış olduğunu anladır. Qəbilə ənənələrinə çox bağlı olan bu Türkmənlərdə də qulaqlara həlqə taxma heç bir vəchlə əsirlik və tabeçilik timsalı olaraq göstərilə bilməz. Kitabi Dədə Qorqudd boylarında hadisələrin cərəyan etdiyi coğrafi mühit Qaraqoyunlu Türkmanlarının və Ağqoyunlu Türkmanlarının fəaliyyət və hakimiyyəti sahəsinə təsadüf etdiyi kimi, bu rəvayətlərin Oğuzların Bayandur boyu ilə, yəni Ağqoyunlu hökmdarlarının mənsub olduğu bölgə ilə əlaqəsi də məlumdur. Oğuzlarla yanaşı Qıpçaqlarda da sırğa taxmaq ənənəsi var idi. Ailənin bir övladı olardısa tək uşağın qulağına sırğa taxılardı. Hərbi xidmət zamanı qulağı sırğalı əsgəri çətin, təhlükəli işlərə göndərməzdilər. Türk törəsində bu qadağan idi. Nəsildə tək qalmış kişi isə qulağına iki sırğa taxardı. Türk törəsi soyunu davam etdirə bilməsi üçün onu qoruyardı.

 

Tarixi qaynaqlardan da görülüdüyü kimi bizlərdə sırğa taxmaq gələnəyi ərlərə, döyüşçülərə, xaqanlara məxsus bir gələnək idi. Globallaşmaya gedən dünyada bu yolu gələnəklərimizdən uzaq çılpaq getsək, ruhumuz bizə sunulan, yad ünsürlərlə sarılacıq.

Qaynaqlar:

1. Köprülüzadə  - F.Altun küpəli Oğuz bəyləri, “Azərbaycan Yurd Bilgisi” dərgisi, İst., 1934.

2. Murad Adcı  - “Türklərin və Bozqırın qədim tarixi”.

3. “Dədə Qorqud” dastanı

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10