Azərbaycan nəşriyyatları Beynəlxalq Kitab sərgisində uğurla iştirak edib-FOTO

138 Baxış

Hədəf və “XAN” nəşrlərinin nümayəndə heyəti Türkmənistan X Beynəlxalq kitab sərgisində və konfransda iştirak etmişdir. 50-dən çox adda, 200-dən artıq kitabla sərgiyə qatılan nəşriyyatlar bayraq, dəftərçə, əlfəcin və kitabları türkmən gənclərinə hədiyyə etmişdir. Tədbir çərçivəsində Hədəf Nəşrlərinin təsisçisi f.ü.f.d., dos Şəmil Sadiq, Hədəf Kurslarının Xarici əlaqələr üzrə baş direktorun müavini t.ü.f.d. Elvin Əliyev Türkmənistanın “Miras”, “Aşqabat”, “Türkmənistan” telekanallarına müsahibə vermişlər.

        F.ü.f.d., dos Şəmil Sadiq “Ədəbiyyat və Sənət” qəzetinə, “Dünya Ədəbiyyatı” dərgisinə geniş müsahibə vermiş, Türk xalqları arasında ədəbi əlaqələr konfransında “Azərbaycan-Türkmənistan ədəbi əlaqələri” mövzusunda məruzə etmişdir. Konfransın sonunda Şəmil Sadiq Türkmənistanın Xalq Yazıçısı Gözəl Şaquliyevaya, Atacan Tuqana, “Dünya Ədəbiyyatı” dərgisinin baş redaktoru Meret bəyə hədiyyələr vermiş, gələcək əməkdaşlıqlar haqqında müzakirələr aparmışdır.

        Sərginin bağlanış mərasimində Hədəf Nəşrləri iki nominasiya üzrə bütün nəşriyyatlar arasında ikinci yeri tutaraq xüsusi diplomla təltif edilmişdir.

Sonda isə banket keçirilmişdir.

KÖŞƏ YAZARLARI
TOP 10