Senet.az oxucularına, Bakı Dövlət Universitetinin doktorantı, gənc şair Ülvi Aydının şeirlərini təqdim edir.
AZƏRBAYCAN ORDUSU
Heyranam bu mətinliyə
Sinə gərib çətinliyə
Torpağına çıxan yiyə
Azərbaycan ordusudur.
Düşmənini pərən salan
Döyüşlərdə qisas alan
Ard-ardınca zəfər çalan
Azərbaycan ordusudur.
Bu gün şanlı tarix yazan
Bizim Ali Baş Komandan
Bütün xalqım, Azərbaycan
Azərbaycan ordusudur.
Ordulardan qalmır geri
Heyrət edir digərləri
Sərkərdənin qürur yeri
Azərbaycan ordusudur.
Qələbələr zaman-zaman
Xalqa fəxarət yaşadan
Böyük, Ali Baş Komandan
Azərbaycan ordusudur.
Biz qovuruq, qaçır düşmən
Vətənimi düşmənlərdən
Bircə-bircə təmizləyən
Azərbaycan ordusudur.
Doğub günəş, yox olub çən
Candan əziz bizə vətən
Ülviyə təb, ilham verən
Azərbaycan ordusudur.
QARABAĞ AZƏRBAYCANDIR!
Vardır Bülbül, var Üzeyir
Bu cahana deyildir sirr
Haqverdiyev, Yusif Vəzir
Bu dahilər Şuşadandır
Qarabağ Azərbaycandır!
Eşidilsin Xanın səsi
Qarabağın şikəstəsi
Şuşanın bir yetirməsi
Ələsgərov Süleymandır
Qarabağ Azərbaycandır!
Şuşa, Laçın, var Ağdərə
Səfər eylə Kəlbəcərə
Görən heyran bu yerlərə
Qubadlıdır, Zəngilandır
Qarabağ Azərbaycandır!
Füzulisi, Ağdamı var
Cəbrayılı barlı diyar
Xankəndinə yoxdur oxşar
Bütöv cənnəti rizvandır
Qarabağ Azərbaycandır!
Gərək deyim Xocavəndi
Cəbrayılda olan bəndi
Xudafərin bax vətəndi
Bizim olan bir ünvandır
Qarabağ Azərbaycandır!
Gələcəyə İlham nurdu
Yenə sözü üstə durdu
Dediyinə möhür vurdu
Fərman, qəti bir fərmandır
Qarabağ Azərbaycandır!
Döyüşlərdə qisas alan
Heyrətə dünyanı salan
Siyasətlə zəfər çalan
Bu Ali Baş Komandandır
Qarabağ Azərbaycandır!