Azərbaycan Qahirə Kitab Sərgisinin fəxri qonağı olacaq

6 Baxış

0594a11c2dbe8f6a5f1663a07efc716fBu il ölkəmizi 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil edən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Ölkəmiz bu beynəlxalq tədbirdə ilk dəfə iştirak etsə də, növbəti ildə bu beynəlxalq tədbirin Fəxri Qonağı qismində təmsil olunacağı qərara alınıb.

Bu məsələ ilə bağlı Misir Kitab Təşkilatının İdarə Heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələri görüş zamanı təklif veriblər: “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu il Beynəlxalq Sərgidə öz ölkəsini uğurla təmsil etdi. Stendinizdə nümayiş etdirilən kitablardan da görünür ki, ölkəniz rəngarəng nəşr nümunələri ilə olduqca zəngindir. Gələn il Azərbaycanın Beynəlxalq Qahirə kitab Sərgisində Fəxri Qonaq kimi iştirak etməsini istərdik”.

Növbəti ildə tədbirdə Fəxri Qonaq qismində təmsil olunacaq ölkəmizin nəşrlərini nümayiş etdirmək üçün Azərbaycana 150 kvadratmetr sərgi ərazisinin verilməsi və 20 nəfər nümayəndə heyətinin bu mötəbər mərasimə qatılması qərara alınıb. Həmçinin, sərgi müddətində hər gün Azərbaycanın dövlətçiliyi, Qarabağ həqiqətləri, ədəbiyyat və mədəniyyətlə bağlı tədbirlərinin, məruzə və müzakirələrin keçirilməsi üçün ölkəmizə sərginin Fəxri zalının ayrılacağına qərar verilib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10