Azərbaycan, qoca torpaq şanlı vətən

50 Baxış

bayraq

Gərayxan Rüstəmov

Azərbaycan, qoca torpaq şanlı vətən

Danış bizə tarixindən

Ən doğrusun sən bilirsən

Sən kimlərə ev olmusan?

Sən Kimləri böyütmüsən?

 

Oğuzlardan danış bizə

Göy türklərdən xəbər çatdır

Qorqud babam dəyir gözə?

Keçmişinə bir baş qaldır.

 

Babəkindən xəbər versən

Onun yerin sən bilirsən

De ki səni soruşurlar

Baxan yoxdu əsrlərə

Hələ səndən ruh alırlar

Bu ruhda da yaşayırlar

 

Dillən danış Azərbaycan

Bayrağından danış bizə

Danış danış sənə qurban

Bizdə çataq bu sirlərə

Verək gələn nəsillərə

 

Hardan aldın bu rəngləri?

Türkçülüyü səmadanmı?

Xəzərdənmi göy türkdənmi?

Qorqud adlı dədəndənmi?

 

Söylə bizə sirr deyilsə

Nəyə görə sinəndədi

Nəyə görə al rəngdədi?

Azadlığı bildirən rəng.

Belə gözəl belə qəşəng.

 

Dillən danış məğrur vətən

Ən doğrusun sen bilirsən

Bu Babəkin qanıdırmı?

Qarabağda canın qoyan

Oğulların canıdırmı?

 

Yaşıl rəngi hardan aldın?

Islamlığı sən yaşatdın.

Çox yəqin ki bu rəngi də

Fırçasını təbiətdə

Qarışdırıb yaşıl rəngə

Tanrı çəkib öz əlilə

Qoruyurmu nəzəri ilə?

 

Gün gələcək Azərbaycan

Bu həsrətdən çıxacağıq

Alıb şanlı bayrağını

Qarabağdan asacağıq

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10