Azərbaycan şairlərinin divanları “Türkcə Divanlar Sərgisi”ndə

5 Baxış

15167114962502353244_1000x669

Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada “Türkcə Divanlar Sərgisi” açılacaq.

Senet.az Türkiyə saytlarına istinadla xəbər verir ki, Milli Kitabxana sərgi salonunda açılacaq sərgidə keçmişdən bu günümüzədək türkcə divan tərtib edən şairlərin 100 divanı nümayiş etdiriləcək. Sərgidə Azərbaycan şairlərinin də divanları yer alacaq.

Ziyarətçilər sərgidə türk ədəbiyyatının mühüm mənbələrindən olan divanları bir arada görmək imkanı əldə edəcəklər.

Sərgi yanvarın 26-dək ziyarətçilərə açıq olacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10