Azərbaycan şairlərinin şeirləri ingilis dilində çap olunub

47 Baxış

candlees

Azərbaycan şairlərinin şeirlərindən ibarət “Candles (101 verses)” – “Şamlar (101 şeir)” adlı şeir antologiyası ingilis dilində işıq üzü görüb. Senet.az-a Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, kitabda  55 Azərbaycan şairinin 101 şeiri yer alıb.

Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu kitaba Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Nigar Rəfibəylinin, Vaqif Səmədoğlunun, Əli Kərimin, Məmməd Arazın, Musa Yaqubun, Sabir Rüstəmxanlının, Kamal Abdullanın, Zəlimxan Yaqubun, Ramiz Rövşənin, Vaqif Bayatlı Odərin, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Fikrət Qocanın, Nəriman Həsənzadənin, Nüsrət Kəsəmənlinin, Zakir Fəxrinin, Salam Sarvanın, Çingiz Əlioğlunun, Vaqif Bəhmənlinin, Əjdər Olun, Aqşin Yeniseyin, Nərmin Kamalın və digər şairlərin şeirləri daxil edilib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10