“Azərbaycan” və “Ulduz” jurnallarının yeni sayı işıq üzü görüb

234 Baxış

son125Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan “Azərbaycan” və  “Ulduz”  jurnalının yeni sayı işıq üzü görüb.

“Ulduz” jurnalın ilk səhifəsi tanınmış jurnalist Nəsir Əhmədlinin “Ulduz”umuzun səkkizinci guşəsi” adlı ekspert yazısı ilə açılır. Jurnalın “Şeir vaxtı”, “Nəsr”, “Debüt”, “Tərcümə saatı”, “Hücrə” və digər rubrikalarında maraqlı yazılar, şeir və nəsr əsərləri, tərcümələr yer alıb.

Bununla yanaşı Xalq Şairi Fikrət Qocanın anadan olmasının 80 illiyinə həsr edilmiş səhifədə Vüsal Nurunun “Sərbəst yaşayar heca ömrü”, Fərqanə Mehdiyevanın “Vərəqlərə bağışlanan ömür” yazıları təqdim olunub.

“Azərbaycan” jurnalının “Poeziya” rubrikasında mərhum şair Adil Mirseyidin şeirləri dərc edilib. “Yeni tərcümələr” rubrikasında Həyat Şəminin tərcüməsində XIX əsr rus poeziyasının görkəmli nümayəndəsi Afanasi Afanasiyeviçin şeirləri yer alıb. Jurnalın “Nəsr” bölməsində isə gənc, istedadlı yazarlar- Vüsal Nurunun “Dorantağ” romanı və Afaq Şıxlının “Hardasa bir kənd vardı…” hekayəsi oxuculara təqdim olunub.

“Axtarışlar, tapıntılar” rubrikasında XX əsrin böyük şairi Səməd Vurğuna qardaşı Mehdixan Vəkilovun vaxtilə yazdığı məktub dərc olunub.

Jurnalda dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığına Aydın Talıbzadənin həsr etdiyi “Ulduzlar məclisinin sahibi” elmi-publisist araşdırması və Xalq Şairi Nigar Rəfibəyli haqqında Səxavət Tağıların yazdığı “Hərdən gülüşlərin düşür yadıma…” adlı publisist yazısı dərc olunub.

Nəşrdə həmçinin tanınmış qələm adamları- Etibar Etibarlının “Nə var, nə yox, poeziya?” və Asif Rüstəmlinin “Tacik milli mətbuatının Azərbaycanlı banisi” və digər elmi məqalələri yer alıb.

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10