“Azərbaycan Xalçası Ensiklopediyası” İngilis dilində nəşr olunub

9 Baxış

101159_8kwwmx3mfn

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, Əməkdar mədəniyyət işçisi Röya Tağıyevanın ingilis dilində “Azərbaycan Xalçası Ensiklopediyası” nəşr olunub.

Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evi  tərəfindən nəfis tərtibata malik olan “Azərbaycan Xalçası Ensiklopediyası” 626 səhifədən, 400-ə yaxın yüksək keyfiyyətli illüstrasiyadan və elmi ədəbiyyatlar siyahısından ibarətdir. Hər bir illüstrasiyanın mənbəyi eksponatın toxunduğu dövr, bölgə, saxlandığı muzey və ya kolleksiya olduğu qeyd olunub.

Ensiklopediya elmi məqalələr, onlara aid fotoşəkil, rəsm və sxemlər ilə zəngindir. Bir daha qeyd olunmalıdır ki, ensiklopediyanın ingilis dilində olması və məhz xarici muzeylərdə, qalereya və şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan xalçalarına düzgün atribusiyanın verilməsi onların artıq beynəlxalq səviyyədə tanınmasını təmin edəcək.

Dövlət səviyyəsində qayğı ilə əhatə olunmuş Azərbaycan xalçaçılıq sənəti müasir dövrümüzdə də elmi cəhətdən tədqiq edilir, tarixi və xüsusiyyətləri öyrənilir. Bu baxımdan aparılan işlər sırasında xüsusi yer tutur.

Qeyd edək ki,   yanvar ayının 5-i 2018-ci il tarixində  müəllif  Röya Tağıyevanın iştirakı ilə  Amerikanın Nyu-York şəhərində yerləşən “Metropoliten” muzeyində “Azərbaycan Xalçası Ensiklopediyası”nın  təqdimat mərasimi keçiriləcək.

KÖŞƏ YAZARLARI
TOP 10