Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi hazırlanıb.
Nazirlikdən Senet.az-a bildirilib ki, loqotipin müəllifi Zaur Həmzəyevdir.
Loqotip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley tədbirlərində, eləcə də “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində keçiriləcək tədbirlərdə istifadə olunmaq üçün nəzərdə tutulub.