“Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı olacaq

64 Baxış

35067562_1627511190630332_4255588909821460480_n

Cümhuriyyətə 100 illiyinə daha bir töhfə: “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı XAN nəşriyyatı tərəfindən çap olunub. 

İyun ayının 14-də Bakıda Yunus Əmrə İnstitutunda filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabının təqdimatı olacaq.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil siyasəti və əlifba məsələləri, Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsis edilməsi haqqında Qanun və onun əhəmiyyəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil haqqında qəbul olunmuş qərarlar və onların cəmiyyətdə əks-sədası, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin rəsmi dili və Parlamentdə işlənən digər dillər kimi maraqlı məsələlər arxiv materialları və Cümhuriyyət dövrünün stenoqrafik hesabatları əsasında geniş işıqlandırılmışdır.

Qeyd edək ki, kitabın elmi redaktoru akademik Kamal Abdullayev, rəyçiləri akademik Möhsün Nağısoylu və professor Adil Babayevdir.