Azərbaycan Yazıçılar Birliyində kütləvi ixtisarlar gözlənilir

106 Baxış

aybeAzərbaycan Yazıçılar Birliyində ixtisarlar gözlənilir.

Birliyin üzvlərindən aldığımız məlumata görə Mədəniyyət və Turizm Nazirliyi AYB-yə işçilərin 25 faizini ixtisar edilməsi ilə bağlı məktub ünvanlayıb.

Məsələni dəqiqləşdirmək üçün Yazıçılar Birliyinin baş katibi, Xalq şairi Fikrət Qoca ilə əlaqə saxladıq. O, hələki, belə bir məktubun olmadığını, ancaq bu ehtimalın gözardı edilməməsi gərəkdiyini bildirib: “Hələki belə bir məktub yoxdur. Ancaq ola bilsin ki, bu həftə ərzində bu cür məktub gəlsin. İndiki halda nəsə demək çətindir. Belə bir hal olarsa, biz çalışacağıq ki, işçiləri ixtisar etməyək. Başqa variantlar üzərində dayanaq.”

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10